Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Sabir bulağı”nın açılış mərasimi keçirilib

11 iyul 2014 | 15:00

İyul ayının 11-də  Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə rayonun Mərzəndiyə kəndinə çəkilən içməli su xəttinin açılış mərasimi olmuşdur. Bulaq kompleksi kəndin girişində inşa edilib. Bulağa Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi şərəfinə “Sabir bulağı” adı verilmişdir.
Açılış mərasimində Şamaxının millət vəkili ilə yanaşı rayonun idarə, təşkilat, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə iştirak edənlər  bu hadisənin müstəsna əhəmiyyətini qeyd edib və millət vəkili Elxan Süleymanova bu xeyriyyəçilik fəaliyyətinə görə minnətdarlıqlarını bildiriblər.
Mərasim yerli aşıqların ifasında konsert proqramı ilə başa çatıb.

Keçidlər