Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə “26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr edilmiş bayram tədbiri keçirilmişdir.

25 iyun 2014 | 15:00

25 İyun 2014-cü il tarixində Şamaxı Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilmişdir. Tədbirdə ictimaiyyət nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı Asif Ağayev giriş sözü ilə tədbir iştirakçılarını salamlamış, bayram münasibəti ilə hərbi hissənin zabit və əsgər heyətini təbrik etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şanlı tarixindən söz açan Asif Ağayev Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanı ilə 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulamış, növbəti bayram tədbirlərinin Qarabağda, Şuşada keçirilməsini arzulamışdır.
Tədbir iştirakçıları hərbi hissə ilə tanışlıq zamanı yeməkxanada əsgərlərlə birlikdə nahar etmişlər.
Daha sonra tədbir rayonun İncəsənət Təhsili Mərkəzinin musiqi kollektivinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.
 

Keçidlər