Dövlət Qulluqçusu Günü qeyd olunmuşdur
İyunun 23-də Şamaxı rayonunda Dövlət Qulluqçusu Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər. Dövlət Qulluqçusu Günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı Asif Ağayev açmışdır. O, bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, “dövlət qulluğu” anlayışı ilk dəfə Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də qəbul edilən Konstitusiyamızda öz əksini tapmışdır. Ölkəmizdə aparılan dövlət qulluğu siyasətinin əsas qayəsini respublikamızda demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyi və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyalarını səmərəli yerinə yetirilməsinə xidmət edən peşəkar dövlər qulluqçusu korpusunun yaradılması təşkil edir.
Yekunda rayon rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət qulluğunda çalışanlara göstərilən diqqət və qayğıya görə rayonda çalışan dövlət qulluqçuları adından öz dərin minnətdarlığını bildirmişdir.