Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” mövzusunda tədbir keçirilmişdir

14 iyun 2014 | 15:00

13 iyun 2014-cü il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən cəmiyyətdə mövcud olan ailə problemlərinin həlli istiqamətində maarifləndirmə işlərinin aparılması, ailədaxili münasibətlərin iş prossesinə təsiri və ailə vəzifələri olan işçilərin problemlərinin öyrənilməsi məqsədilə “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” adlı regional tədbir keçirilmişdir. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, AQUPDK-nin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva, komitənin baş məsləhətçiləri Aynur Veysova və Rahil Süleymanov iştirak etmişlər.
Çıxışlar zamanı regionda mövcud olan ailə problemlərinin həlli istiqamətində maarifləndirmə işlərinin aparılması, ailədaxili münasibətlərin iş prossesinə təsiri və ailə vəzifələri olan işçilərin problemlərinin öyrənilməsi sahəsində görülməsi vacib olan məsələlərə toxunulmuş, mövcud problemlərin həlli istiqamətində tədbir iştirakçılarına tövsiyələr verilmişdir.
 

Keçidlər