Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Sabir poeziya günləri” keçirilmişdir

31 may 2014 | 15:00

30 may 2014-cü il tarixdə Şamaxı şəhərində “Sabir poeziya günləri” keçirilmişdir.
Tədbirdə “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, əməkdar artist Ağalar Bayramov və respublikanın digər tanınmış şair və yazıçıları, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzdülər. Daha sonra tədbir iştirakçıları M.Ə.Sabirin və S.Ə.Şirvaninin qəbirüstü abidələrini, M.Ə.Sabirin ev muzeyini və yeni təmir olunmuş və ətrafı abadlaşdırılmış M.Ə.Sabirin abidəsini ziyarət etmişlər.
Sonra tədbir rayon Mədəniyyət sarayında davam etmişdir. Tədbirdə çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol və digər şair və yazıçılar Mirzə Ələkbər Sabirin keçdiyi çətin həyat yolundan danışdı, Sabirin və onun şerlərinin Azərbaycan ədəbiyyatında mühüm yer tutduğu vurğulandı.
Daha sonra tədbir muğam və aşıq mahnıları ifaçılarının, həmçinin Şamaxılı meyxana ustalarının çıxışları ilə davam etmişdir.

Keçidlər