Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Gənclərin VII forumuna hazırlıq məqsədilə ümumrayon toplantısı keçirildi

28 may 2014 | 15:00

Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci” illlərdə   Dövlət Proqramının 6.5.3-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə 27 may 2014-cü tarixində saat       1100-da Şamaxı Mədəniyyət sarayında  Azərbaycan  Gənclərinin  VII Forumuna  hazırlıq  məqsədilə  Şamaxı rayon gənclərinin   ümumrayon  toplantısı  keçirildi.
Gənclərin ümumrayon toplantısında rayonun ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, idmançılar və rayonun ictimai-siyasi həyatında fərqlənən fəal gəncləri üzrə  280  nəfər  nümayəndə heyəti iştirak edirdi. Tədbir başlanmazdan öncə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin  iştirakı ilə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin rayonun  fəal gəncləri tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi  gül dəstələri ilə ziyarət olundu. Rayon Mədəniyyət sarayında keçirilən tədbiri giriş sözü ilə  açan Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov Azərbaycan  Gənclərinin VII Forumunun keçirilməsinin mahiyyəti və əhəmiyyəti haqqında kiçik məlumat verdikdən sonra Şamaxı gənclərinin ümumrayon toplantısı açıq elan olundu. Azərbaycan  Respublikasının  Dövlət  Himni səsləndikdən sonra toplantının gündəliyində duran məsələr üzrə müzakirələrə başlanıldı.
Birinci məsələ üzrə Azərbaycan Gənclərinin VI Forumundan keçən dövr ərzində rayonda görülən işlər və qarşıda duran məsələlər barədə Şamaxı rayon Gənclər və İdman idarəsinin  rəisi  Şahmar Hüseynovun  hesabat məruzəsi dinlənildi və rayon gəncləri tərəfindən çıxışlar olundu.
İkinci məsələ üzrə Azərbaycan  Gənclərinin  VII Forumunda iştirak etmək üçün verilmiş say tərkibində 14 nəfər Şamaxı rayon nümayəndələri seçildi. Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev çıxış edərək respublikada, o cümlədən Şamaxı rayonunda gənclər və bədən tərbiyəsi sahəsində gədən inkişafdan danışdı və gənclərin rayonun ictimai-siyasi həyatında fəallıqla iştirak etmələri üçün uğurlar arzu etdi.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev forumlararası dövrdə gənclər, bədən tərbiyəsi və idman sahələrində fərqlənən bir qrup  gəncləri Fəxri fərmanlarla və qiymətli hədiyələrlə təltif etdi. Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Respublikasının Prezidentinə Şamaxı gənclərinin umumrayon toplantısının iştirakçıları adından hazırlanmış müraciət qəbul olundu.
Tədbirin sonunda rayon  Mədəniyyət və Turizm şöbəsi və Şamaxı İncəsənət Təhsili Mərkəzi tərəfindən  hazırlanmış rəngarəng  konsert  proqramları toplantı iştirakçılarına  təqdim edildi.

Keçidlər