Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Sərsəng harayı” rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən ibarət sərgi keçirilmişdir

27 may 2014 | 15:00

26 may 2014-cü il tarixdə saat 12:00-da millət vəkili Elxan Süleymanovun Şamaxı şəhərindəki qərargahında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar arasında keçirilmiş “Sərsəng harayı” müsabiqəsinin qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış olmuşdur. Sərgiyə baxışda Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Şamaxının millət vəkili Elxan Süleymanov, 15-ə qədər müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri və rayondan olan ziyalılar iştirak etmişlər. Sonda Elxan Süleymanov, Asif Ağayev və rəssam Elşən Hacızadə təqdim olunmuş rəsmlərlə bağlı öz fikir və mülahizələrini bölüşmüş və gənc rəssamlara gələcək işlərində daha böyük uğurlar arzulamışlar.

Keçidlər