Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı şəhər 2 saylı tam orta məktəbində rus dili və ədəbiyyatı üzrə altıncı fənn olimpiadası keçirilmişdir

26 may 2014 | 15:00

25 may 2014-cü il tarixində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi  və Azərbaycan Respublikası  Təhsil Nazirliyinin dəstəyi ilə Şamaxı şəhəri E.Hüseynov adina 2 saylı tam orta məktəbində rus dili və ədəbiyyatından altıncı fənn olimpiadası, həmcinin dahi rus şairi M.Y.Lermontovun anadan olmasının 200 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi  keçirilmişdir. Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı  fövqəladə və səlahiyyətli  səfiri  Vladimir Dmitriyeviç Daroxin, səfirliyin digər rəsmi nümayəndələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları İdarəsinin aparıcı mütəxəssisi Natiq Əliyev, Samaxı rayon İcra Hakimiyyətinin  başçısı Asif Ağayev  və digər qonaqlar iştirak edirdilər.                                                                                                      
Fənn olimpiadası və bədii qiraət müsabiqəsində Şamaxı məktəbliləri ilə yanaşı Qobustan və Ağsu rayonundan olan şagirdlər  də təmsil olunurdu.
Səfir  səmimi  qarşılandıqlarına, rus dili və ədəbiyyatına göstərilən marağa görə öz  minnətdarlığini bildirdi. Şamaxı rayon İcra Hakimiyyətinin  başçısı Asif Ağayev, rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev çıxışlarında xüsusi olaraq vurğuladılar ki, Azərbaycan – Rusiya əlaqələrinin tarixi olduqca qədimdir və bu əlaqələr bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Bilik və bacarıqlarını nümayiş etdirən şagirdlər uğurla çıxış etdilər.
Səfir  Şamaxı Cümə məscidində, “Şamaxı Palace Platinum By Rixos” otel kompleksində və N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olaraq Şamaxının gəzməli və görməli yerləri ilə tanış olmuşdur.

Keçidlər