Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd edilib

10 may 2014 | 15:00

Faşizm üzərində qələbənin 69-cu ilinin tamam olması münasibəti ilə Samaxı Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı şöbəsinin birgə təşəbbüsü ilə tədbir keçirilib.
Tədbirdə Şamaxı RİH başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etbilər.
Sonra giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bayram münasibəti ilə  müharibə veteranlarını təbrik etdi, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük əməyi və fədakarlığı olduğunu bildirdi.
Şamaxı Rayon Veteranlar Şurasının sədri Bayramov Ağarza və veteranlar çıxış edərək 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına göstərilən diqqət və qayğıdan söz açdılar.
Sonra  tədbir veteranlar üçün təşkil olunmuş bayram süfrəsi arxasında davam etdirildi.

Keçidlər