Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü Şamaxıda qeyd olunmuşdur

07 may 2014 | 15:00

Respublikanın bütün bölgələrində olduğu kimi Şamaxı rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də 06.05.2014-cü il tarixdə Heydər Əliyev parkında  “Kitab bayramı” olmuşdur. Bayramın əsas məqsədi əhalinin kitaba, mütaliəyə həvəsini artırmaq, yaradıcı insanları yeni nəşrlərlə tanış etmək olmuşdur.
Keçirilən tədbirdə kitab sərgiləri, məktəblilərin iştirakı ilə Azərbaycan nağılları əsasında hazırlanmış səhnələr, ”Şamaxı şairləri“ məclisi və rəsm müsabiqəsi sakinlər tərəfindən böyük maraqla qarşılanmışdır. Sonda tədbirdə həvəslə iştirak edən məktəblilər Heydər Əliyev mərkəzi tərəfindən diplomlarla təltif olunmuşlar.

Keçidlər