Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda YAP Qadınlar Şurasının Konfransı keçirilmişdir

30 aprel 2014 | 15:00

29.04.2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon Qadınlar Şurasının konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin Heydər Əliyev parkındakı möhtəşəm abidəsi önünə gül dəstələri qoyublar. Tədbirin rəsmi hissəsi YAP-nın qərargahında davam etdirilib. Ümummilli liderin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransı giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov YAP və onun yaradıcısı Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışaraq, bu partiyanın cəmiyyətdə böyük siyasi bir qüvvə kimi vətəndaşların həyatının tənzimlənməsində, müstəqilliyimizin əbədiləşməsində, bütün dünyada vətənimiz, millətimiz haqqında müsbət fikirlərin formalaşmasında böyük rolu barədə məlumat vermişdir.
YAP Şamaxı rayon təşkilatının Qadınlar Şurasının sədri Gülnisə Ələkbərova hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin tövsiyyəsi ilə 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması cəmiyyətimizi saflaşdırmaq üçün qoyulan bir ənənə idi. Dahi şəxsiyyət hər zaman qadınların cəmiyyətdə aparıcı bir qüvvə  olduğunu söyləyib və bu ənənələr məhz müstəqil Azərbaycan dövlətinin həyatına gətirilən ənənələrdir.
Daha sonra Gülnisə Ələkbərova qeyd etmişdir ki, YAP Şamaxı rayon təşkilatının qadınlar şurası öz sıralarını möhkəmləndirilməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, hazırda onların sayı 3352 nəfərə çatmışdır. Bu göstərici tərkibi 6420 nəfərdən ibarət olan rayon partiya üzvlərinin 52 faizini təşkil edir.
Konfransda Müəllimlər İnstitunun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı şəhər 6 saylı tam orta məktəbin təşkilatçı müavini Ruhiyyə Əsgərova və başqaları çıxış edərək qadınların ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatındakı rolundan, onlara göstərilən diqqət və qayğıdan söz açıblar.
Tədbirdə həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər