Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Şamaxı rayonunda “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışında iştirak etmişdir.

15 may 2014 | 15:00

14 may 2014-cü il tarixdə Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. vardır.
Dövlət başçısı otelin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

 

Keçidlər