Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qonaqkənd kəndində səyyar qəbul-görüş keçirilmişdir

18 aprel 2014 | 15:00

17 aprel 2014-cü il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin Qonaqkənd kənd sakinləri ilə səyyar qəbul–görüşü keçirilmişdir.
Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənddə keçirilən görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək sakinləri salamlamış, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etmişlər.
Kənd sakinləri Rəsul Cəfərov kəndin su ötürücüsünün təmirinə, Türkan Kərimova kəndə təyinatla gələn müəllimlərə torpaq sahəsinin ayrılmasına, Şirin Gülməmmədov kəndə təbii qaz xəttinin çəkilməsinə və Zenfira Dünyamalıyeva kəndin elektrik xəttlərinin təmirinə köməklik göstərilməsini və digər sosial məsələlərin həll olunmasını xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Qonaqkənd kəndində keçirilən səyyar qəbul–görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər