Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər ümummilli lider Heydər Əliyevin irsini böyük maraqla öyrənirlər

10 aprel 2014 | 15:00

Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris edilən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslər davam edir.
Görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin zəngin irsinin məktəblilər tərəfindən öyrənilməsində mühüm əhəmiyyət kəsb edən açıq dərslər rayonun ən təcrübəli müəllimləri tərəfindən tədris edilir.
Aprelin 8-də tədris olunan növbəti açıq dərsdə Şamaxı şəhərindəki 6 nömrəli tam orta məktəbin 20 nəfər şagirdi iştirak etmişdir.
Şagirdlərin yüksək fəallığı şəraitində davam edən dərsdə müəllim Sevda Əliyeva Ulu Öndərin həyatı, ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması və erməni təcavüzü şəraitində Azərbaycandakı ağır ictimai-siyasi vəziyyət, xalqın təkidli tələbi ilə Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi, müstəqil dövlət quruculuğu yolunda apardığı gərgin səylər barədə ətraflı məlumat vermişdir. Bu bilgilər, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən sürətlə inkişaf edən, qüdrətli dövlətinə çevrilən Azərbaycanın məhz Heydər Əliyev ideyalarının təntənəli olduğu barədə məlumatlar məktəblilər tərəfindən böyük maraqla dinlənilmişdir.

Keçidlər