Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dərslər 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmişdir

01 aprel 2014 | 15:00

Martın 31-də respublikamızın ümumtəhsil müəssisələrində olduğu kimi Şamaxıda da ilk dərslər Azərbaycanlıların Soyqırımı gününə həsr edilmişdir.
Dərslərdə ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998–ci il 26 mart tarixli Fərmanının əhəmiyyəti nəzərə çarpdırılmışdır.
Azərbaycanlıların soyqırımı barədə məktəblilərə məlumatlar verilərək deyilmişdir ki, mənfur ermənilər zaman-zaman ölkəmizə qarşı qəsbkarlıq siyasəti aparmış, torpaqlarımızda qanlı qırğınlar törətmişlər. 1918–ci ilin martında düşmən ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında, o cümlədən Şamaxıda on minlərlə günahsız azərbaycanlını qanına qəltan etmişdir. Kəndlər, şəhərlər büsbütün talan olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycanlıların soyqırımı barədə dünya ictimaiyyəti daha geniş məlumatlandırılmalıdır.

Keçidlər