Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda əhalinin tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir

20 fevral 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Şamaxı rayonunda da uğurla davam edir.
Tərtib olunmuş qrafik əsasında 98.300-dən artıq sakin rayon Mərkəzi Xəstəxanasında, Şamaxı Müalicə Diaqnostika Mərkəzində, Göylər kənd sahə xəstəxanasında, habelə 7 kənd həkim məntəqəsində tibbi müayinədən keçməlidir.
Xəstəxana və kənd həkim məntəqələri lazımi tibbi avadanlıqla təchiz edilmişdir. Təcrübəli həkim və tibb işçiləri qrafik əsasında qəbula gələn insanları hərtərəfli müayinədən keçirir, ehtiyacı olanlar ambulator müalicəyə cəlb edilir, lazımi məsləhətlər verilir. Qəbula gələn vətəndaş üçün ambulator tibb kitabçası açılır və bunun nəticəsində onun daim həkim nəzarətində saxlanılması təmin olunur.
Təkcə rayon mərkəzi xəstəxanasında ayrı-ayrı ixtisaslardan olan 7 nəfərdən ibarət həkim komissiyası fəaliyyət göstərir. Fevralın 17-də 890 nəfər, 18-də 1050 nəfər, 19-da isə 1299 vətəndaş hərtərəfli tibbi müayinədən keçirilmişdir.
Şamaxı Müalicə Diaqnostika Mərkəzində də vətəndaşların tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuşdur. Mərkəzdə qrafik üzrə müayinəyə gələnlərə hərtərəfli xidmət göstərilir, bunun üçün ən müasir tibbi avadanlıqdan istifadə edilir. İlk iki gündə 200-dək insan müayinədən keçmişdir.
Prezident İlham Əliyevin növbəti humanist addımı – Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır.

Keçidlər