Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançılarımızın yeni nailiyətləri

18 fevral 2014 | 16:00

17 fevral 2014-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayon idmançıları ilə görüş keçirmişdir. Keçirilən görüşdə respublikada ölkə rəhbərliyi tərəfindən bədən tərbiyyəsi və idman sahəsində görülən işlərdən və rayonda bu sahədə qarşıda duran məsələlərdən danışan Asif Ağayev cənab Prezident İlham Əliyevin idmana olan böyük diqqəti və idmançılarımızın XXII qış olimpiya idman oyunlarında iştirakını xüsusilə vurğuladı.
Sonra rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov son dövrdə rayon idmançılarının respublika və beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxışlarından və uğurlarından söhbət açdı.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 2013-cü ilin noyabr ayında yeniyetmələr arasında taekvondo idman növü üzrə keçirilən Azərbaycan birinciliyində bütün rəqiblərinə qalib gələrək birinci yer tutmuş Soltanova Əfsanə Rəfail qızını əldə etdiyi uğur münasibətilə təbrik edərək qiymətli hədiyyələr və diplom təqdim etdi.
Ə.Soltanovanın məşqçısı, Şamaxıda taekvondonun inkişafında böyük əməyi olan Alxas Məmmədov cənab Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına olan qayğısını yüksək qiymətləndirdi və Asif Ağayevə rayon idmançılarına yetirdiyi böyük diqqətə görə təşəkkür etdi.
Rayon gənclərinin və idmançılarının uğurları daim rayon rəhbərliyinin diqqət mərkəzindədir və bu ənənə davam edir.
Sonda idmançılarla xatirə şəkili çəkdirildi.

Keçidlər