Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir

01 fevral 2014 | 16:00

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin təsdiq etdiyi qrafikə uyğun olaraq cari ilin yanvar ayının 10-dan 31-dək rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir.
Hesabat yığıncaqlarında çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndələri ötən il ərzində ölkədə və həmçinin rayonda görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən, habelə icra nümayəndələri və bələdiyyə sədrləri qəsəbə və kəndlərdə görülən işlərdən, qazanılmış uğurlardan danışmış, gələcək illər üçün prioritet hesab olunan sahələr müəyyənləşdirilmiş, sakinlərin müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Belə yığıncaqlardan biri də 30 yanvar 2014-cü il tarixdə Şamaxı RİHB-nin şəhər üzrə nümayəndəliyi tərəfindən keçirilmişdir. Hesabat yığıncağında Şamaxı RİH başçısı Asif Ağayev, başçının birinci müavini Qasım Qasımov, rayon İcra Hakimiyyətinin şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Keçirilmiş hesabat yığıncaqlarında söylənilən fikirlər, tənqidi qeydlər rayon İcra Hakimiyyətində təhlil olunmuş və ümumiləşdirilərək icrasi nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə müvafiq mərkəzi icra orqanları qarşısında məsələ qaldırılmışdır.

Keçidlər