Gənclərin hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilmişdir
Yanvar ayının 8-də Heydər Əliyev adına parkda gənclərin ordu sıralarına təntənəli surətdə yola salınması mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi xidmət üzrə Dövlət xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov açmışdır.
Sonra tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Müharibə və Əmək veteranları şurasının sədri Ağarza Bayramov və rayon Ağsaqqallar şurasının sədri Aydın Alcanov çıxış edərək valideynlərə gözaydınlığı vermiş, hərbi xidmətə yola düşən gənclərə isə hərbi texnikaların sirrlərinə daha dərindən yiyələnməyi, nizam-intizamlı olmağı və rayonumuzun adını daim uca tutmağı onlara tövsiyə etmişlər.
Daha sonra rayon Mədəniyyət şöbəsinin hazırladığı xüsusi konsert proqramında bir-birindən maraqlı çıxışlar olmuşdur.
Sonda rayon Cümə məscidinin imamı hacı Mərhəmət gənclərə xoş arzularını bildirmiş və onlar müqəddəs Qurani-Kərim altından keçərək avtobuslara minib hərbi xidmətə yola düşmüşlər.