Uşaqlara bayram hədiyyələri təqdim olunmuşdur
Respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük təntənə ilə qeyd olunmaqdadır. Qarşıdan gələn Yeni il bayramı münasibətilə rayon mərkəzinin müxtəlif görməli yerlərində qurulmuş yolkalar Şamaxı şəhərinə xüsusi gözəllik verir. Həmçinin rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq həmin yolkaların ətrafında müxtəlif əyləncəli tədbirlər keçirilir, kollektiv üzvləri təbrik olunur və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Dekabrın 26-da və 27-də yeni bəzədilmiş yolkalar ətrafında bayram tədbirləri keçirilmiş və Şamaxı rayon İcra Hakimiyyəti başçısı Asif Ağayevin adından uşaq bağçaları-körpələr evinin sakinlərinə bayram payları paylanılmışdır. Şən musiqi və rəqslərlə müşayət olunan bu tədbirlərdə 1000 nəfərə yaxın uşağa rayon rəhbərinin bayram payı çatdırılmışdır.