Rabitə və informasiya texnologiyaları naziri Şamaxıda vətəndaşları qəbul etmişdir
Dekabrın 21-də Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şamaxı şəhərində Qobustan, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Şamaxı Telekommunikasiya Qovşağında keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 50 nəfərədək vətəndaşın müraciətinə baxılmışdır.
Nazir Əli Abbasov qəbula gələn hər bir vətəndaşı diqqətlə dinləmişdir. Müraciətlər əsasən işlə təminat, işə bərpa, yeni yaşayış massivlərinin telefonla təminatı, internetlə bağlı problemlər, ucqar kəndlərin yüksək sürətli internetlə təmin olunması və s. məsələlərlə əlaqədar olmuşdur.
Müraciətlərin əksəriyyəti yerindəcə həll edilmiş, bəziləri isə araşdırılmaq üçün qeydiyyata götürülmüşdür.
Qəbula gələnlər yaradılmış şəraitindən razılıqlarını bildirmişdilər.