Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür

13 dekabr 2013 | 16:00

12 dekabr 2013-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anım günü Şamaxı rayonunda qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən filmə baxıblar.
Daha sonra ulu öndərin xatirəsinə “Şamaxı” şadlıq sarayında 350 nəfərlik ehsan verilmişdir.

Keçidlər