Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni yaşayış binasının inşasına başlanılmışdır

04 dekabr 2013 | 16:00

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin sifarışı ilə Şamaxıda Qarabağ əlilləri və şəhid ailələri üçün dördmərtəbəli 36 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılmışdır. Yeni bina Şamaxı şəhərinə bitişik olan Şəhriyar qəsəbəsinin ərazisində inşa olunur.
Sakinlər artıq həyata keçirilməsinə başlanan bu layihəni ölkəmizdə vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən və öz sağlamlığını itirən insanlara göstərilən qayğının yeni bir təzahürü kimi dəyərləndirirlər.
Qeyd edə ki, Qarabağ əlilləri və şəhid ailələri üçün yaxın vaxtlarda altımərtəbəli 54 mənzilli daha bir yaşayış binasının inşası nəzərdə tutulmuşdur. Bu məqsədlə artıq torpaq sahəsi də ayrılmışdır.

Keçidlər