Əlillər qayğıya ən çox ehtiyacı olan insanlardır
Bu gün Şamaxı rayonunda müxtəlif kateqoriyalardan olan 5800 nəfərə yaxın əlil vardır. Qayğıya ən çox ehtiyacı olan bu insanlara qarşı xüsusi diqqət, onların cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətində ümdə istiqamətlərdən birini təşkil edir.
Bu fikirlər 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbirdə səsləndirilmişdir. Rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzində keçirilən tədbirdə bildirilmişdir ki, son illər Şamaxıda əlillər üçün iki 18 mənzilli və bir 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. Hazırda bu məqsədlə 36 mənzilli daha bir bina inşa olunur. Habelə 12 əlilə minik avtomobili verilmişdir.
Çıxış edən əlillər onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə bir qrup əlilə maddi yardım göstərilmişdir.