Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr - Konstitusiya Günü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib

12 noyabr 2025 | 17:10

12 Noyabr - Konstitusiya Günü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib.

Tədbir hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon icra hakimiyyəti aparatının işçilərinin iştirakı ilə keçirilib. 

Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Konstitusiyanın qəbul olunmasının 30 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul olunmasının müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu bildirib.

Natiq çıxışında həmçinin bu gün bütöv və suveren ölkəmizin hər bir bölgəsində Konstitusiya quruluşunun tam təmin olunduğunu, cəmiyyətimizin inkişafında, hüquq və azadlıqların qorunmasında əsas qanun olaraq rolundan geniş söhbət açıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxışında xalqın tələbi ilə Ulu Öndərin yenidən hakimiyyətə gəlişindən sonra müstəqil dövlətimizin əsas qanununun qəbul olunmasındakı xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin inkişafı naminə bu istiqamətdə apardığı uğurlu islahatlardan söhbət açaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının əhəmiyyətini bildirib.

Keçidlər