12 Noyabr Konstitusiya Günü ilə əlaqədar Şamaxı rayonunda tədbir keçirilib
Şamaxı Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, konstitusiyanın qəbul olunmasının müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu bildirərək, həm də bu hadisənin ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulamış, tədbir iştirakçılarını bu gün münasibətilə təbrik etmişdir.
Digər çıxış edənlər müstəqil dövlətçiliyimiz tarixində konstitusiyanın qəbul olunmasının tarixi zəruriliyi ilə yanaşı, ümummilli liderin bu ana qanunun hazırlanmasındakı xidmətlərindən geniş söhbət açdılar.
Tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin hazırladığı konsert proqramı ilə davam etdirilib.