Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda ötən ildəkindən 1028 ton çox üzüm yığılmışdır

19 noyabr 2013 | 16:00

Şamaxı rayonunda üzüm yığımı kampaniyası başa çatmışdır. Rayon statistika idarəsindən verilən məlumata görə, plantasiyalardan 4897 ton üzüm yığılmışdır ki, bu da ötən ildəki göstəricidən 1028,6 ton çoxdur.
Ənənəvi üzümçülük təsərrüfatı olan Mədrəsədə və Şəhriyar qəsəbəsi ərazisində daha çox məhsul istehsal edilmişdir. Belə ki, Mədrəsədəki “RMZ” MMC-yə məxsus 300 hektar sahənin bar verən 118 hektarından 1600 ton, Şəhriyar qəsəbəsində isə 400 hektar plantasiyanın bar verən 298,8 hektarından 869 ton üzüm götürülmüşdür.
Ümumiyyətlə, bu il rayonda bar verən bağların sahəsi 728,2 hektara çatmışdır.

Keçidlər