Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir

13 noyabr 2013 | 16:00

Noyabr ayının 12-də Şamaxı rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon fəallarının iştirakı ilə “Konstitusiya Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev açaraq müstəqil Azərbaycan Respublikasının demokratik tələblərə tam cavab verən, ümumbəşəri dəyərləri özündə ehtiva edən Ali Qanununun – Konstitusiyanın qəbul olunmasından 18 il ötdüyünü, ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın ötən müddətdə ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarının, sosial ədalət prinsipinin, bir sözlə, hər bir Azərbaycan vətəndaşının normal yaşayış və fəaliyyətinin təminatçısına çevrildiyini qeyd etmiş, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyini və mövcudluğunu qorumuş Azərbaycan Respublikasının ən böyük tarixi nailiyyəti məhz özünün demokratik, sivil norma və dəyərlərə cavab verən Konstitusiyasını qəbul etməsi olduğunu bildirmişdir.
Çıxış edən rayon fəalları da Konstitusiyanın dövlətçiliyimiz və həyatımızdakı rolunu xüsusi vurğulamışlar.
Tədbirin yekununda rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bir daha tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik etmişdir.

Keçidlər