Bayram payları təqdim olunmuşdur
Bütün İslam dünyasının ən müqəddəs günlərindən biri olan Qurban bayramı respublikamızda da böyük təntənə ilə qeyd olunmuşdur. Oktyabrın 15-də Şamaxı rayonunda da bayram tədbiri keçirilmiş, Qarabağ və Çenobıl əlillərinə, şəhid ailələrinə, məcburi köçkünlərə, Böyük Vətən Müharibəsi iştirakçılarına və imkansız ailələrə Qurban payları təqdim edilmişdir.
Qurban bayramı münasibətilə keçirilən mərasimi giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açaraq tədbir iştirakçılarını təbrik etmiş, onlara əsl bayram əhval-ruhiyyəsi arzulamışdır.
Sonra rayon icra hakimiyyəti tərəfindən hazırlanmış 300 ədəd qurban payı Qarabağ və Çenobıl əlillərinə, şəhid ailələrinə, məcburi köçkünlərə, Böyük Vətən Müharibəsi iştirakçılarına və imkansız ailələrə təqdim edilmişdir.
Həmin gün Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Şamaxı şəhərində yerləşən 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb internat evinin sakinləri və “N” saylı hərbi hissənin əsgərləri üçün bayram süfrələri də açılmışdır.