Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Çuxuryurd və Qəleybuğurd kəndinin sakinləri ilə görüşmüşdür

19 oktyabr 2013 | 15:00

Son bir ilə yaxın müddətdə rayon icra hakimiyyəti başçısının əhali, xüsusilə kənd və qəsəbə sakinləri ilə görüşləri mütamadi xarakter almışdır. Bu görüşlərin keçirilməsində başlıca məqsəd görülmüş işləri təhlil etmək, qarşıda duran əsas vəzifələri müəyyənləşdirmək, vətəndaşları narahat edən problemləri dinləyib yerindəcə həll etməkdən ibarətdir. Oktyabrın 18-də rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə görüşmək imkanını bu dəfə Çuxuryurd və Qəleybuğurd kəndinin sakinləri qazanmışlar.
Hər iki kənddə keçirilən görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək sakinləri salamlamış və onlara istər respublika, istərsə də rayon miqyasında görülmüş işlər barəsində ətraflı məlumat vermişdir. 
          Daha sonra söz Çuxuryurd və Qəleybuğurd kənd sakinlərinə verilmişdir. Çuxuryurdda məcburi köçkünlərdən Təhməz Cabbarov mənzilinə qaz çəkilməsinə, Cəmil Həsənov yaşadığı evin təmir edilməsinə, kənd sakinlərindən Abusət Mahmudov kənddaxili elektrik xətlərinin təmir edilməsinə, İsgəndər İsayev pay torpağı ilə əlaqədar yaranmış mübahisənin həll olunması, Xalidə Əfəndiyeva kənddə körpələr evi-uşaq bağçasının açılmasına, Qəlebuğurdda sakinlərdən Şahmar Kərimov kənd gələn elektrik xəttinin yenidən çəkilməsinə, Mübaşir Xəlilov elektrik transfarmatorunun təmir edilməsinə, Ceyhun Əliyev kəndin qarşısından keçən çayın üzərində körpünün tikilməsinə və s. köməklik göstərilməsini xahiş etmişlər.
Əhalini narahat edən məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların nümayəndələrinə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər