Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda növbəti qanvermə aksiyası keçirilmişdir

27 sentyabr 2013 | 15:00

Sentyabrın 26-da Şamaxı rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qrafikinə əsasən B.Ə.Eyvazov adına Elmi-Tədqiqat və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankının talasemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyası keçirilmişdir.
       Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların kollektivləri, təhsil müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdirmişlər.
       Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə qan vermək üçün 500 nəfərdən çox rayon sakini müraciət etmişdir. Onlardan 150 nəfərdən qan götürülmüşdür.

Keçidlər