Şriftin ölçüsü :

Saytın rəngi :

Uzun fasilədən sonra rayonun Göylər kəndinə təbii qazın verilməsi bərpa edilmişdir

21 sentyabr 2013 | 15:00

Şamaxı şəhərindən 18 kilometr məsafədə yerləşən Göylər kəndi rayonun ən iri yaşayış məntəqəsidir. Burada 7300 nəfər əhali yaşamaqla 1760 təsərrüfat mövcuddur. Rayonun qazlaşdırılması istiqamətində müəyyən edilmiş tədbirlər planına müvafiq olaraq sentyabrın 18-də  Göylər kəndinə təbii qazın verilməsi uzun fasilədən sonra bərpa edilmişdir. Rayon qaz istismarı idarəsindən verilən xəbərə görə ilkin mərhələdə həmin kənddə 1647-dən çox evə təbii qaz verilmiş və qaz sayğacları quraşdırılmışdır.
Göylər kəndinə “mavi yanacaq” verilməsi münasibətilə keçirilən mərasimdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Azəriqaz İstehsalat Birliyi təmir-tikinti şöbəsinin rəis müavini Natiq Əsgərov çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, son illər əhalinin rifah halının və yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində görülmüş işlərdən ətraflı danışmışlar. Göylər kənd 2 saylı tam orta məktəbin direktor əvəzi Mənsurə İsmayılova, kənd ağsaqqalı Məhəmməd İsrafilov və başqaları çıxış edək onlara göstərilən bu qayğı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.
Ümumiyyətlə, çıxışlarda qeyd olunmuşdur ki, son illər rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə təbii qazın verilməsini gerçəkləşdirmişdir. Göylər kəndi rayonun təbii qazdan istifadə edən 30-cü yaşayış məntəqəsidir. Hazırda rayon əhalisinin 86 faizi təbii qazdan istifadə edir.
Həmçinin tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, ötən gün rayonun Quşçu və Birinci Çaylı kənd sakinləri də təbii qazdan istifadə etməyə başlamışlar.

Keçidlər