Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda fermerlərlə görüş keçirilib

20 aprel 2022 | 16:00

Şamaxı rayonunda taxılçılıqla məşğul olan fermerlərlə görüş keçirilib. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan görüşdə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rəfail Quliyev, rayon icra hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, əlaqədar qurumların rəhbərləri və fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən Hikmət Şikarov ölkəmizdə kənd təsərrüfatı sahələrinin inkişaf və perspektivləri, rayonda əkinçiliyin, o cümlədən taxılçılığın mövcud vəziyyəti, bu sahədə görülən işlər barədə danışaraq, cari ilin məhsulu üçün 40 min 275 hektar sahədə payızlıq taxıl əkildiyini diqqətə çatdırıb. O, bu kimi tədbirlərin keçirilməsinin fermerlərin maarifləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.

Rəfail Quliyev çıxış edərək Kənd Təsərrüfatı Nazirliyin müvafiq qurumları tərəfindən rayonda mövcud olan taxıl sahələrində aparılan monitorinqin nəticələri barədə məlumat verib, əksər sahələrdə aqrotexniki qulluq tədbirlərinin vaxtında həyata keçirildiyini vurğulayıb. Natiq düzgün toxum seçimi, aqrotexniki qulluq qaydaları, gübrə normativləri və sair barədə fermerlərə hərtərəfli bilgilərin verilməsinin və müvafiq izahat işlərinin aparılmasının vacibliyini bildirib.

Müzakirələr zamanı taxıl sahələrində mövcud vəziyyət, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Keçidlər