Şriftin ölçüsü :

Saytın rəngi :

İndi icra hakimiyyətinə elektron müraciət edin

18 aprel 2022 | 16:00

“Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır. Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edəcək. Burada həmçinin, dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakının təmin olunması nəzərdə tutulub, bu məqsədlə portalda xüsusi bölmə yaradılıb. “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim edilir.

Regionlarda rəqəmsal hökumət quruculuğu çərçivəsində başlanan bu layihənin tətbiq olunması üçün ilkin mərhələdə Gəncə şəhəri, Masallı və Quba rayonları olmaqla 3 sosial-iqtisadi aktiv rayon seçilib. Bu rayonlar Azərbaycanın hər bir zonasının (Şimal, Cənub və Qərb) təmsil olunmasına, əhali çoxluğuna və eyni zamanda “ASAN xidmət” mərkəzinin yerləşməsinə görə seçilib. “Rəqəmsal İcra Hakimiyyəti” layihəsinin uğurla reallaşdırılacağı təqdirdə gələcəkdə digər rayonlar üçün də işlənərək tətbiqi nəzərdə tutulub. Qeyd edək ki, Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən Yerli İnkişaf üçün Yaxşı İdarəetmə proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və müvafiq İcra Hakimiyyətləri ilə birgə həyata keçirilir.

Layihə haqqında

https://www.youtube.com/watch?v=3J73x7rSJ6M&t=1s   -  Rəqəmsal İcra Hakimiyyəti                    

https://www.youtube.com/watch?v=UsvmhU9w3eI  -  Təlimat videosu

 

Keçidlər