Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Məhkəmənin sədri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

28 mart 2022 | 16:00

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev aprelin 1-də Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu Şamaxı Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Şamaxı rayonu, Gənclər küçəsi 22) saat 10:00-da başlanacaq.

Vətəndaşlar qəbula Şamaxı və Qobustan rayon məhkəmələrində (əlaqə telefonları: (055) 777-58-48 və (050) 783-41-61), habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya qebul@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriləcək. Qəbulda etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

Keçidlər