Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda sahibkarlara güzəştli kreditlər verilmişdir

23 avqust 2013 | 15:00

2013-cü ilin avqust ayının 22-də rayonun Həmyəli kəndində İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarını təmsil edən sahibkarlar iştirak etmişlər.
Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək bildirmişlər ki, sahibkarlığa hərtərəfli dövlət dəstəyinin göstərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqətində olan bir sahədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz son illər dinamik inkişaf edir və böyük uğurlara imza atır. Bu gün yada salmaq olduqca xoşdur ki, dünya birliyi, eləcə də bir sıra aparıcı maliyyə qurumları Azərbaycanın bu inkişafını görür və yüksək qiymətləndirirlər. 
Tədbirin sonunda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından bir qrup sahibkara 367 min manat məbləğində güzəştli kredit verilmişdir.

Keçidlər