Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda şəhid analarının iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

05 mart 2022 | 16:00

Şamaxı rayon Mədəniyyət Mərkəzində şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
   Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsini yad etmiş və onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söhbət açmışdır.
   Daha sonra natiq şəhid ailələrinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğıdan geniş söhbət açaraq, şəhid analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.
   Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək, dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hər tərəfli inkişafında eyni zamanda ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçmiş vətən oğullarının yetişməsində Azərbaycan qadınının rolundan geniş söhbət açaraq, şəhid analarını "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.
   Digər çıxışçılar YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, şəhid anası Güllü Babaşova ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə etmiş, onların cəmiyyətimizdə daim yaşayacaqlarını və gələcək nəslillərə örnək olacaqlarını qeyd etmişdir.
   Tədbirin sonunda şəhid ailələrinə gül dəstələri və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər