Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda abadlıq və quruculuq işləri çərçivəsində elektrik şəbəkəsi və qaz təchizatı sahəsində də yenilənmə işləri aparılır

01 mart 2022 | 16:00

Şamaxı rayonunda abadlıq və quruculuq işləri çərçivəsində elektrik şəbəkəsi və qaz təchizatı sahəsində də yenilənmə işləri aparılır.
   Rayonun Şəhriyar qəsəbəsi və Çuxuryurd kəndində bu istiqamətdə yenidənqurma işləri aparılmaqla diametri 159 mm-lik orta təzyiqli daşıyıcı yeni qaz xətlərinin tikintisi tamamlanmaq üzrədir.
   1 mart 2022-ci il tarixində, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov və Azəriqaz İB-nin məsul şəxsləri yeni qaz xətinin tikintisi ilə tanış olub və sakinlərlə görüşüblər. Görüşdə vətəndaşlar tərəfindən görülmüş işlərlə bağlı minnətdarlıqlar ifadə olunub.

Keçidlər