Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Şamaxıda seminar keçirilmişdir

11 fevral 2022 | 16:00

11 fevral 2022-ci il tarixində Şamaxı şəhər 2 saylı tam orta məktəbində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Şamaxı rayonunun təhsil müəssisələrinin direktorları, tibb işçiləri və ərazi poliklinikalarının mütəxəssisləri ilə seminar keçirilmişdir.
   Seminarda Respublika GEM-nın UYYG-na bölməsinin müdiri İqbal Səfərova “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Baş Nazirinin 10.09.2020-ci il tarixli, 332№-li Qərarına və bundan irəli gələn digər normativ sənədlərin tələbinə əməl olunması barədə, “Uşaq və yeniyetmələrin profilaktik tibbi müayinəsinin yaxşılaşdırılması və uşaqların dərin tibbi müayinələrinin keyfiyyətli təşkili” barədə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrası barədə aparılan tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn tədbirlər barədə, Respublika GEM-nin UYYG-na bölməsinin həkimi Mehriban Eminova isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” barəsində, gənclərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində tədbirlər, məktəblilər arasında travmanın profilaktikası, narkomaniya, alkoqolizm və tütünçəkmənin zərərləri barədə sanitariya maarifləndirmə işinin təşkili haqqında, qurd invaziyası hallarının azaldılması üçün məktəbəqədər təhsil müəssisələrində məktəblərdə uşaqların yoxlanılması, müalicəsi və profilaktikası tədbirlərinin aparılması barədə çıxış etmişdir.

Keçidlər