Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Narkomaniyaya yox deyək” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

25 dekabr 2021 | 16:00

25 dekabr 2021-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Şamaxı Dövlət Regional Kollecində “Narkomaniyaya yox deyək” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

   Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov , Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə  Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları Vasif Quliyev və Rahib Əliyev, Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov , Rayon Təhsil şöbəsinin müdiri Məsud Babayev, Rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə üzrə baş əməliyyat müvəkkili Ruslan Mehdiyev iştirak etmişdir.

   Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov təbdiri açaraq,  narkomaniyanın insan sağlamlığı, cəmiyyət üçün yaratdığı problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları, sağlam həyatın vacibliyi haqqında geniş məlumatlar verib.

   Çıxışlarda xüsusilə vurğulanıb ki, “ağ ölüm” adlandırılan narkomaniya müasir dövrün ən təhlükəli problemlərindəndir və bu bəlanın qarşısının alınmasında bütün qurumların və vətəndaşların üzərinə məsuliyyət düşür. Sonda tələbələrin sualları cavablandırılıb, onların fikirləri dinlənilib.

   Qeyd edək ki, tədbir gənclərdə və yeniyetmələrdə narkomaniya və onun fəsadları haqqında düzgün təsəvvürün formalaşdırılması, bu sahədə onların məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi, habelə sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyır.

Keçidlər