Növbəti səyyar qəbul-görüş rayonun Mərzəndiyə kəndində keçirilmişdir
Şamaxı rayon İcra Hakimiyyəti başçısının kənd və qəsəbələrdə keçirdiyi səyyar qəbul-görüşlər davam edir. Növbəti qəbul-görüş rayonun Mərzəndiyə kəndində keçirilmişdir. Qəbul-görüşdə RİHB-nın müavinləri, hüquq-mühafizə orqanların, həmçinin xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq kənd sakinlərini salamlamışdır. Sonra rayon rəhbəri son dövrlər ərzində istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlar, həyata keçirilən layihə və proqramlar barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Daha sonra söz kənd sakinlərinə verilmişdir. Mərzəndiyə kənd ağsaqqalı Çingiz Babayev ilk söz alaraq kənd sakinləri adından əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən uğurlu tədbirlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
Səyyar qəbul-görüşdə kənd sakinləri onları narahat edən su təchizatının yaxşılaşdırılmasını, örüş sahəsinə gedən yolun açılmasını, köhnə məktəb binasının dam örtüyünün təmir olunmasını, eləcə də bir sıra şəxsi problemlərin həllinə kömək edilməsini rayon İcra Hakimiyyətinin başçısından xahiş etmişlər.