Şamaxıda yanğın təhlükəsizliyi mövzusunda müşavirə keçirilib
Dekabrın 3-də Şamaxıda yanğın təhlükəsizliyi mövzusunda müşavirə keçirilib.
Müşavirədə Şamaxı Rayon İca Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, FHN-nin daxili xidmət mayoru Ənvər Adayev, RİH başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Çıxışlarda əhali arasında yanğın-texniki biliyin artırılması üçün təbliğat işlərinin görülməsinin vacibliyi qeyd edilib, bu məsələnin daimi olaraq müəssisə rəhbərlərinin diqqətində olması tövsiyə olunub. Həmçinin qüvvədə olan qanunvericiliyə əsasən bu tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyət daşıdıqları bildirilib.
Müşavirədə hər bir şəxsin təhlükəsizlik tələblərinə əməl etməli və yanğın təhlükəsizliyi barədə ümümvətəndaş məsuliyyəti sərgiləməli olduğu, bu istiqamətdə mütamadi olaraq təbliğat-təşviqat işləri aparmasının zəruriliyi vurğulanıb.
Sonda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi qaydaları bir daha iştirakçıların diqqətinə çatdırılıb, yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi üçün müvafiq tapşırıqlar verilib.