Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda ictimai-iaşə və ticarət obyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi məsələləri müzakirə olunub

30 noyabr 2021 | 16:00

Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş şəkildə keçirilən iclası ilə bağlı noyabrın 30-da Şamaxıda müşavirə keçirilib.
   Müşavirədə Şamaxı Rayon İca Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon Polis Şöbəsinin rəisi Əlyəddin Səfərov, 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli və rayonda ictimai-iaşə xidməti və ticarətlə məşğul olan sahibkarlar iştirak ediblər.
   Pandemiya ilə bağlı hazırki vəziyyət – yoluxmanın miqyası, peyvəndlənmə və xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlərin müzakirə olunduğu müşavirədə ictimai-iaşə xidməti göstərən müəssisələrdə, mehmanxana və ticarət mərkəzlərində, qapalı məkanlarda, əsas da qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə müvafiq tapşırıqlar verilib. Yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanlara daxil olarkən COVID-19 pasportunun yoxlanmasının vacibliyi vurğulanıb, həmçinin restoran və kafelərdə hər bir masa arxasında 6 nəfərdən artıq şəxsin toplaşmamasına ciddi nəzarət olunması tapşırılıb.
   Müşavirədə, habelə omikron ştamı müzakirə olunub, profilaktik tədbirlərin ardıcıl həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Keçidlər