Şriftin ölçüsü :

Saytın rəngi :

İTV Şamaxıdan üç saatlıq canlı yayım təşkil etmişdir

28 iyul 2013 | 15:00

27 iyul 2013-cü il tarixdə İTV-nin Səhər proqramları departamenti Şamaxı rayonundan üçsaatlıq canlı yayım təşkil etmişdir. Heydər Əliyev parkından yayımlanan bu tədbirdə Azərbaycanın ən qədim bölgələrindən biri olan Şamaxının sosial-iqtisadi və mədəni həyatı, onun zəngin coğrafiyası, eləcə də rayonda aparılan tikinti-quruculuq işləri diqqət yetirilən əsas mövzulardan olmuşdur.
     Canlı yayımda Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli üzünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Məmmədov cıxış edərək qonaqları salamlamış, tədbir iştirakçılarına, eləcə də televiziya tamaşaçılarına Şamaxı rayonunun abadlaşdırılması və yenidənqurulması, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında ətraflı məlumatlar vermişdir.
     Həmçinin rayon müharibə və əmək veteranları şurasının sədri Ağarza Bayramov, AMİ-nin Şamaxı filialının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, rayon Təhsil şöbəsi müdiri əvəzi Baba Nəsirov, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Vaqif Xəlilov, rayon qadınlar şurasının sədri Nəzakət Abdulrazaqova, filologiya elmləri doktoru Seyfəddin Qəniyev Şamaxının tarixi, ədəbi mühiti, kulinariyası və digər sahələri haqqında geniş söhbət açmışlar.
     Azərbaycan Respublikasının Xalq artisti, görkəmli xanəndə Alim Qasımovun və qızı Fərqanə Qasımovanın, Əməkdar artist Elnarə Abdullayevanın, Ramal İsrafilovun, Aşıq Ağamurad İsrafilovun və digər yeli istedadların çıxışları canlı yayıma xüsusi ovqat qatmışdır.

Keçidlər