Abituriyentlərin yolasalınma mərasimi keçirilmişdir
İyulun 20-də Heydər Əliyev parkında respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmaq üçün birinci qrup üzrə keçiriləcək imtahanlarda Şamaxı rayonundan iştirak edəcək abituriyentlərlə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq şamaxılı abituriyentlərə uğurlar arzulamış, son illər ərzində təhsilimizin inkişafı ilə bağlı dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. Natiq daha sonra bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il ilk dəfə olaraq abituriyentlər imtahan yerlərinə rayon İcra Hakimiyyəti tərəfindən pulsuz təşkil edilən avtobusla yola salınır.
Sonra tədbirdə rayon təhsil şöbəsi müdiri əvəzi Baba Nəsirov, III qrup üzrə Şamaxı rayonundan ən yüksək bal toplayan Təhminə Abdullayeva, İkinci Cabanı kənd tam orta məktəbinin direktoru Səlim Həsənov və başqaları çıxış edərək göstərilən qayğı üçün ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinə öz minnətdarlıqlarını bildirmişlər.
Yolasalma mərasimi şən müsiqi sədaları altında başa çatmışdır.