1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib
01 iyun 2026 | 18:22
Şamaxıda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilmiş tədbirdə iştirakçılar uşaqları təbrik edərək uşaqlara Vətənə layiqli övlad olmaqla sağlam həyat və xoşbəxt gələcək arzulayıblar.
Mərkəzinin şagirdlərinin hazırladığı zəngin musiqi proqramı və rəqslər tamaşaçılar tərəfindən rəğbətlə izlənilib.






