Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar FHN-nin əhaliyə müraciəti

05 dekabr 2023 | 12:02

Yeni il şənliklərində və insanların kütləvi toplaşdıqları digər yerlərdə tədbirlər keçirilən zaman:

  • ən azı iki ehtiyat çıxış qapısı qoyulan, tikinti norma və qaydalarına tam cavab verən, 2 mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələri olan binalarda tədbir keçirilməsinə icazə verilir; 
  • bəzəkli şam ağacı qurularkən yerə möhkəm bərkidilməli və elə qurulmalıdır ki, ağacın budaqları divara, tavana dəyməsin;
  • otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir yalnız gündüzlər keçirilməlidir;
  • şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır;
  • əgər elektrik təsərrüfatında nasazlıq yaranarsa (naqillərin qızması, lampaların yanıb-sönməsi, qığılcım çıxması və s.), cərəyan dərhal ümumi dövriyyədən ayrılmalıdır.

 Qadağandır:

  • otaqların pəncərələrində dəmir barmaqlıqlar olduqda tədbirlərin keçirilməsi;
  • atəşfəşanlıq məqsədilə partlayıcılardan, güclü projektorlardan, şamlardan, fişənglərdən və digər yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi;
  • şam ağacının bəzədilməsi zamanı selloiddən hazırlanmış oyuncaqlardan, o cümlədən odadavamlı məhlul hopdurulmayan cuna pambıqdan istifadə olunması;
  • uşaqlara tezalışan materiallardan tikilən kostyumların geyindirilməsi;
  • tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi;
  • oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması;
  • tamaşa vaxtı zalın işığının tam söndürülməsi;
  • nəzərdə tutulduğundan artıq insanların zala buraxılması;
  • yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və yanğın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman tədbirlərin keçirilməsi.

https://www.youtube.com/watch?v=dcHqaV6aS6o

Keçidlər