Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının etik müvəkkilinin 2015-ci ildə gördüyü işlərə dair
HESABATI
Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə bağlı 2015-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
“Kоrrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli Fəaliyyət Planı”na müvafiq olaraq RİH-in iş planı tərtib olunmuş və icrası nəzarətə götürülmüşdür. Rayon icra hakimiyyəti tərəfindən RİHB-ın inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və digər aidiyyəti təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə mütəmadi təlimlər keçirilmişdir.
Rayon icra hakimiyyəti aparatında etik davranış məsələləri üzrə təşkil olunmuş treninqlərdə ərazi icra nümayəndələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilərək “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun məqsəd və mahiyyəti, prinsipləri və qarşıya qoyduğu vəzifələr açıqlanaraq dövlət qulluqçularının maariflənməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması sahəsində görülən tədbirlər davam etdirilmişdir.
Bununla yanaşı, Dövlət orqanlarında qulluğa ixtisaslı və peşəkar kadrların cəlb edilməsi, bu orqanların fəaliyyətinin müasir tələblərə uyğun qurulması və səmərəliliyin artırılması məqsədi ilə Dövlət qulluğunun bütün sahələrinə qəbul Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 108 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul qaydalarına müvafiq həyata keçirilməkdədir. Aparılmış islahatlar nəticəsində RİHB aparatında və RİHB-ın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində bütün ştatlara ali təhsilli kadrların yerləşdirilməsi işi qanunvericiliyə uyğun olaraq aparılır.
Onu da qeyd etmək lazımdır ki, görülmüş tədbirlər sayəsində etik qaydaların pozulması ilə əlaqədar rayon icra hakimiyyətinə hər hansı şikayət daxil olmamışdır.
2015-ci il ərzində Şamax Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə 7 nümayəndəsinə, 2 nümayəndənin müavininə, 1 nümayəndəliyin mühasibinə və rayon mədəniyyət şöbəsinin müdirinə töhmət verilmişdir.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının təqdimatına əsasən Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə dövlət qulluğunda uzun müddət və səmərəli fəaliyyətinə görə Ərazi idarətemə və yerli özünüidarətemə orqanları ilə iş şöbəsinin müdiri Ömərov Sərdar Qara oğlu Azərbaycan Respublikası Prezidentinin 22.06.2015-ci il tarixli, 1282 nömrəli Sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunmuşdur.
Аzərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Kоrrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Мilli Fəaliyyət Planı”nın və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn bütün vəzifələr bundan sonra da tərəfimizdən rəhbər tutulacaq və bu vəzifələrin həyata кеçirilməsi işi mütəmadi olaraq icra ediləcəkdir.