Şriftin ölçüsü :

Saytın rəngi :

İdman

       Şamaxı rayonunda Sərbəst güləş, Cüdo, Sambo, Ağır atletika, Atletika, Poverliftinq, Taekvondo idman növləri və Milli Xalq idman oyunları fəaliyyət göstərir.

  Rayonda 3938 nəfər idmanla məşğul olur ki, onlardan 809 nəfəri qadınlardır.

 Rayonda cəmi 117 idman qurğusu olmaqla, 1 Olimpiya İdman Mərkəzi, 1 Şahmat binası, 74 sadə idman qurğusu, 32 idman zalı, 1 üzgüçülük hovuzu, 1 kompleks idman qurğusu, 3 trinajor zalı, tamaşaçı tutumu 2000 nəfərlik olan 2 stadion və 1 tennis kordu fəaliyyət göstərir.

  İdmançılarımızdan sərbəst güləş idman növü üzrə Usublu Şahmurad Amil oğlu, Eyvazov Ramin Fazil oğlu, Həmidov Fərid İlqar oğlu, Nağıyev Elmar Elman oğlu, İsmayılov Fuad Mehman oğlu, Quliyev İslam Şeyfur oğlu, Poverliftinq idman növü üzrə Musayev Rüstəm Vaqif oğlu, Eynalov Elvin Ərəstun oğlu, Səmədzadə Fərid Mehman oğlu, Taekvando idman növü üzrə Soltanova Əfsanə Rəfail qızı, Rəhimov Anar Əlağa oğlu, Hüseynova Günay Nofəl qızı, Ağır atletika idman növü üzrə Şərifov Elşad Niyaz oğlu, Şahbazov Elçin Elşad oğlu, Sambo idman növü üzrə Məmmədov İbrahim Caməmməd oğlu Azərbaycan yığma komandasının tərkibinə daxil olmuşdur.

   Rayonumuzda “Məhsul” Könüllü İdman Cəmiyyətinin rayon şurası, Uşaq Gənclər İdman məktəbi və Şahmat məktəbi fəaliyyət göstərir. Uşaq Gənclər İdman məktəbində Sərbəst güləş və futbol idman növləri fəaliyyət göstərir. 


 

“Məhsul” KİC

Yerləşdiyi yer - Şamaxı şəhər stadionu

Yarandığı il - 1951-ci il

Tabeçilik göstərir - AHİTA (Respublika Həmkarlar Təşkilatı)

İdman növləri - Sərbəst güləş və Futbol

Qrupların sayı - 15 qrup

Məşğul olanların sayı - 1153 nəfər

Məşqçi - 27 nəfər

 O cümlədən:

Ali təhsilli - 1 nəfər

Əməkdar məşqçi - 1 nəfər

İdman ustası - 2 nəfər

Fəxri ad alanlar - 1 nəfər

Nailiyyətlər – Milli Xalq İdman Oyunları üzrə Respublika Spartakiadasının qalibi olmuşdur. Cəmiyyətin yetirmələri müxtəlif respublika birinciliklərində və turnirlərdə mükafata layiq yerlər tutmuşdurlar.

 


Uşaq Gənclər İdman Məktəbi

Yerləşdiyi yer - Şəhriyar qəsəbəsi

Yarandığı il - 1967-ci il

Tabeçilik göstərir - Şamaxı rayon Təhsil şöbəsinə

İdman növləri - Sərbəst güləş və Futbol

Qrupların sayı - 14 qrup

Məşğul olanların sayı - 174 nəfər

Məşqçi - 11 nəfər  O cümlədən:

Ali təhsilli - 3 nəfər

İdman ustası - 2 nəfər

Fəxri ad alanlar - 2 nəfər

Nailiyyətlər - Uşaq Gənclər İdman məktəblərinin Respublika birinciliyində sərbəst güləş idman növü üzrə Eyvazov Ramin Fazil oğlu II yer, Həmidov Fərid İlqar oğlu II yer, İsmayılov Fuad Mehman oğlu II yer, Nağiyev Elmar Elman oğlu III yer, Respulika  birinciliyinin zona yarışında Nağiyev Elmar Elman oğlu I yer, Usublu Şahmurad Amin oğlu I yer, Əmirov Əlişah Rəşid oğlu I yer, Eyvazov İbrahim Rövşən oğlu II yer, Atalıyev İbad Bəxtiyar oğlu II yer, Yeniyetmələrin X Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş idman növü üzrə zona birinciliyində Heydərov Mirtaqət Mikayıl oğlu I yer, Məmmədov Mahir Məhəmməd oğlu I yer, Əmirov Əlişah Rəşid oğlu I yer, Quliyev Şeyfur İslam oğlu I yer, Qasımov Fərid Sənan oğlu I yer, Nuhov Asim Möhübbət oğlu II yer,  Hümbətov Ədalət İlqar oğlu II yer, Əmirov Adəm Rəşid oğlu III yerə layiq görülmüşlər.

 


Uşaq Gənclər Şahmat Məktəbi

Yerləşdiyi yer - Şamaxı şəhəri Şəhriyar küçəsi

Yarandığı il - 1987-ci il 

Tabeçilik göstərir - Şamaxı rayon Təhsil şöbəsinə

Qrupların sayı - 14 qrup

Məşğul olanlar - 148 nəfər

 O cümlədən:

Qızlar - 33 nəfər

Məşqçilər - 10 nəfər

 O cümlədən:

Qadınlar - 4 nəfər

Ali təhsilli - 1 nəfər

 

Nailiyyətlər – Ağcəbədi şəhərində Xocalı soyqırımına həsr olunmuş Respublika turnirində Sərxanov Mənsur Fərhad oğlu II yer, Sərxanov Asim Nahid oğlu II yerə layiq görülmüşlər.

Şamaxı şəhər stadionu


Yerləşdiyi yer - Şamaxı şəhəri
Yarandığı il – 1981-ci il
Əsaslı təmir və yenidən qurma - 2021
Tabeçilik - AFFA
Məşgul olanların sayı - 250 nəfər
Məşqçi - 4 nəfər

 

Keçidlər