Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

 

 Soyad: Məmmədov

Ad: Rza

Ata adı: Əsgər

Doğum tarixi: 23.01.2001

Şəhid olub: 27.09.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Füzulinin azad olunmasına görə» medalı, «Hərbi xidmətlərə görə» medalı

Rza Məmmədov Əsgər oğlu 23.01.2001-ci ildə Şamaxı rayon Göylər kəndində anadan olmuşdur. O, 2007-2018-ci illərdə yaşadığı Göylər kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır. Bu müddətdə həm də Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində səs üzrə (xanəndə) təhsil almışdır.

Rza iki bacının bir qardaşı idi. Çox mehriban, səmimi, gülərüz, şirindil bir insan idi. Rza 07.01.2020-ci ildə geri dönmək arzusu ilə həqiqi hərbi xidmətə yola düşür. O, danışıqlarında ailəsindən və sevdiklərindən darıxdığını, hər şeyin yaxşı olduğunu bildirirdi. Son danışığı şəhid olmazdan üç gün əvvəl olub.

Danışarkən hər şeyin yaxşı olacağını bildirib. Böyük bacısıyla danışarkən atasını, anasını, balaca bacısını və evlərini ona əmanət edib. Bacısına dediyi bu sözləri və ürəyindəki bütün sözləri məktubunda da öz bacısına yazıb. Bacısına yazdığı məktubu tam olaraq yazsa da, valideynlərinə yazdığı məktubu yarımçıq qalıb. Rza 27 sentyabrda Füzuli istiqamətində gedən əks-hücum əməliyyatları nəticəsində elə səhər saatlarında təxminən 6:30 radələrində  44 günlük Vətən müharibəsində Azərbaycanın ilk şəhidi olaraq tarix yazmışdır.     

Rza Vətənə bağlı oğlan idi. Bu bağlılıq ona bəlkə də atasından keçmişdi. Çünki Rzanın atası birinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır. Rza 28 sentyabr yaşadığı Göylər kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Şəhid Məmmədov həmçinin "Cəsur döyüşçü" medalı ilə də təltif edilib.

https://www.youtube.com/watch?v=p-n8Gg6-1oE&t=10s

Soyad: Qəniyev

Ad: İsaxan

Ata adı: İsaman

Doğum tarixi: 11.11.1985

Şəhid olub: 27.09.2020

Rütbə: Gizir

Təltifləri: «Vətən uğrunda» medalı, «İgidliyə görə» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı, «Laçının azad olunmasına görə» medalı

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi İsaxan İsaman oğlu Qəniyev 11 noyabr 1985-ci ildə Şamaxıda şəhərində anadan olmuşdur.

Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Kəşfiyyat qrupu ilə düşmən səngərinə daxil olmuş və düşmənin 4 nəfər müşahidəçi əsgərini məhv etmişdir. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhid gizir həmçinin, "İgidliyə" görə, "Suqovuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.

Soyad: Soltanov

Ad: Nadir

Ata adı: Nəzir

Doğum tarixi: 11.04.1984

Şəhid olub: 27.09.2020

Rütbə: Gizir

Təltifləri: «Vətən uğrunda» medalı, «Döyüşdə fərqlənməyə görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Nadir Nəzir oğlu Soltanov 1984-cü il yanvarın 11-də Şamaxı rayonunun Qəleybuğurd kəndində anadan olub. 1990-2001-ci illərdə M.Hadi adına 9 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki qızı, bir oğlu yadigar qaldı.

Nadir Soltanov 2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra orduda gizir kimi fəaliyyətini davam etdirir. 15 il cəbhə bölgəsində qüsursuz xidmət etdiyi üçün bir çox diplom və fəxri fərmanlarla təltif olunur. Aprel döyüşlərində də qəhrəmanlığı ilə seçilən Nadirin ən böyük arzusu isə işğal altında olan torpaqlarımızı azad görmək idi. Nəhayət, Nadirin illərdir həsrətlə gözlədiyi gün gəlib çatır.

Azərbaycan Ordusunun giziri olan Nadir Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nadir Soltanov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Soltanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

https://www.youtube.com/watch?v=wIZx-iuAeGY

Soyad: Əliyev

Ad: Rauf

Ata adı: İlyas

Doğum tarixi: 11.02.1993

Şəhid olub: 30.09.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «İgidliyə görə» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı, «Laçının azad olunmasına görə» medalı

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Rauf İlyas oğlu Əliyevdir. Rauf Əliyev 1993-cü ilin 11 fevralında Şamaxı şəhərində anadan olub. Sumqayıt şəhər Soltan  Hacıbəyov adına Musiqi Kollecini tar ixtisası üzrə bitirib. 2012-2014-cü illərdə ordu sıralarında xidmət edib.

Rauf Əliyev 2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi işləyirdi. Məktəbdə çalışdığı dövr ərzində kollektivin rəğbətini qazanıb. Uğurla tədris etdiyi dərslər, uşaqlarla səmimi ünsiyyət qurmaq bacarığı qısa müddətdə onu şagirdlərinin sevimli müəlliminə çevirmişdi.

Ermənistan işğalçı hərbi birləşmələrinin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi. Vətən müharibəsi başlandı. Sentyabrın 28-də səfərbərlik üzrə orduya çağırılan Rauf  Əliyev də ön cəbhəyə yola düşdü. Vətən torpaqları uğrunda gedən döyüşlərə qatıldı. Tarzən müəllim sentyabrın 30-da Ağdərə istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucaldı...

Rauf  Əliyev doğulub boya-başa çatdığı Şamaxıda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı,  “Vətən uğrunda” medalı ilə təltif edilib.

https://www.youtube.com/watch?v=Y5QU_Q0iQsM&t=129s

 

Soyad: Mikayılov

Ad: Ramiq

Ata adı: Namiq

Doğum tarixi: 25.01.1993

Rütbə: Baş leytenant​

Təltifləri: "Vətən uğrunda" medalı

Ramiq Namiq oğlu Mikayılov 1993-cü il yanvarın 25-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) almışdı. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Ramiq Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Ramiq Mikayılov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Soyad: İbrahimov

Ad: Əlövsət

Ata adı: Seyidxan

Doğum tarixi: 21.04.1995

Şəhid olub: 02.10.2020

Rütbə: Kiçik gizir

Təltifləri«Rəşadət» ordeni, «Vətən uğrunda» medalı, «Kəlbəcərin azad olunmasına görə» medalı, «Vətən müharibəsi iştirakçısı» medalı

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Əlövsət İbrahimovdur. Əlövsət Seyidxan oğlu İbrahimov 1995-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olub. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq orduda xidmətini davam etdirib.

Azərbaycan Ordusunun kiçik giziri olan Əlövsət İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Koroğlu dağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Goranboydan Murov dağına kimi bir sıra yüksəkliklərin və mövqelərin alınmasında igidlik göstərib.Oktyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid olan Azərbaycan Ordusunun kiçik giziri Əlövsət İbrahimov Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

Şəhid Əlövsət İbrahimov haqqında danışan qardaşı Bəhram İbrahimov onun hərbiyə marağından, çox cəsur və döyüşkən olduğundan bəhs edir:

“Biz beş qardaşıq, mən, Əlövsət, Bəxtiyar, İxtiyar, Mehdi. 5 qardaşdan 3-ü Vətən Müharibəsi iştirakçısıdır. Əlövsət, Bəxtiyar və İxtiyar. Onlar da hərbçidir. Amma müddətdən artıq xidmət edirlər. Əlövsət Şamaxı şəhərində anadan olub. Məhəmməd Hadi adına 9 saylı məktəbdə təhsil alıb. Öz istəyi ilə hərbiyə gedib, ailəmiz də onun bu istəyini xoş qarşılayıb. Onun hərb yolu 2016-cı ildən başlayıb. Əlövsət digər qardaşlarımdan fərqli olaraq hərbi məktəbi bitirib. Yenicə kiçik gizir rütbəsini almışdı. Qardaşım o qədər hərbiyə bağlı idi ki, fikri-zikri ancaq hərbidə olmaq idi. Həmişə evə gələndə deyirdik ki, müharibə olsaydı gedərdik. Heç nədən qorxmurdu, həmişə təlimlərdə idi. Soruşanda “təlimdə harda olursunuz?”, ancaq “dağlarda” deyirdi. Axırıncı dəfə evə müharibədən əvvəl sentyabr ayında gəlmişdi. Fəxri fərmanlarını yığıb gətirmişdi ki, orada itməsin”.

Şəhidin qardaşı onun həm həyat eşqi ilə dolu, həm də şəhidliyə can atan biri olduğuna xüsusi diqqət çəkib: “Əlövsət çox gülərüz, şən insan idi. Getdiyi məclisin başı idi. Hamı ətrafına toplanırdı. Güləndə yanaqları batırdı. Bu ona o qədər gözəllik verirdi ki... İndi artıq o, bir xatirədir. Bilirsiniz, torpaqlarımızın düşmən tapdağı altında olması onu çox narahat edirdi. Həmişə deyirdi ki, “şəhid verməyən xalqın mənliyi olmaz” . Sanki hiss edirdi ki, şəhid olacaq. Ona görə evlənməyə də tələsmirdi. Bu yaxınlarda döyüş yoldaşları ailəmizi ziyarətə gələndə dedi ki, biz onun bu qədər döyüşkən olduğunu bilməzdik”.

https://www.youtube.com/watch?v=UBNI5xFtR7E&t=2s

Soyad: Heydərov

Ad: Sabir

Ata adı: Ceyhun

Doğum tarixi: 27.06.1998

Rütbə: Kiçik gizir

Təltifləri: «Vətən uğrunda» medalı, «Cəbrayılın azad olunmasına görə» medalı, «Hərbi xidmətlərə görə» medalı

Şəhidlik zirvəsinə yüksəlmək istəyən bir çox qəhrəmanlarımız kimi o da həmin məqama ucalmağı çox arzulayıb. Söhbət torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Sabir Heydərovdan gedir.

Heydərov Sabir Ceyhun oğlu 27 iyun 1998-ci ildə Şamaxı rayonunda dünyaya gəlib. 2004-cü ildə Şamaxı rayonu 2 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2015-ci ildə məktəbi bitirərək 2016-cı ildə hərbi xidmətə yollanıb. 2017-ci ildə əsgərlikdə Xüsusi Təyinatlı Qüvvələrin kursuna gedib. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra XTQ-də işləməyə başlayıb. 2018-ci ildə Türkiyədə keçirilən Efes-2018 yarışmasında 1-ci yerə layiq görülüb. Azərbaycana qayıdan kimi kiçik gizir rütbəsi alıb. Bundan sonra XTQ-nin N saylı hərbi hissəsində işləməyə başlayıb. Xidməti boyunca xeyli sayda təlimlərdə iştirak edib.

Şəhid gizir Sabir Heydərov barəsində qardaşı Nurlan Heydərov deyir ki, Sabir gülərüz, mehriban, vətənini ailəsi kimi sevən bir hərbçi olub:

“Döyüş yoldaşlarının sözlərinə görə, Sabir həmişə döyüşlərdə çox soyuqqanlı davranıb. Murovdağda döyüşlər zamanı şəhid olan yoldaşlarını belində aparıb təhlükəsiz yerlərə yerləşdirib. Yaralılara kömək edib. Sağ qalan döyüş yoldaşlarına mənəvi dəstək olub. Özü namaz qılan, dindar olduğu üçün uşaqlara ürək-dirək verərək onlara da mənəvi dəstək olmağa çalışıb. Hətta yoldaşlarından qazi olan İman adlı biri deyir ki, "biz bir qrup uşaq onun sayəsində ürəklə döyüşürdük. O, şəhid olandan sonra heç cür özümüzə gələ bilmədik".

Nurlan Heydərov qardaşının şəhid olmasından da danışaraq bildirib ki, Füzuli uğrunda gedən döyüşlərə qardaşı Sabir 40 dərəcə qızdırma ilə girib. Komandiri ondan geri qayıdıb, müalicə olunaraq döyüşə qayıtmasını istəsə də Sabir bunu rədd edərək “yox mən sizi ata bilmərəm nə olar, olar” –deyə cavab verib:
“sabir dərman ataraq yenidən döyüşlərə girib. Elə səhəri gün də şəhid olub. Snayper gülləsi onun üzərindəki qumbaraya dəyib. Zərbədən yerə yıxılıb, yoldaşları ağrıkəsici vurmaq istəyəndə, “mənə vurmayın, özünüzə lazım olar. Mən şəhid olacağımı hiss edirəm” –deyərək, kəlmeyi şəhadətini gətirərək şəhid olub.

Torpağına, vətəninə, bayrağına bağlı olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-sindən etibarən Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Murovdağ silsiləsi istiqamətində bir çox postların alınmasında qəhrəmancasına iştirak edib. 02.10.2020-ci ildə Füzuli rayonu ərazisində düşmən tərəfindən atılan artilleriya mərmi-sinin partlayışı nəticəsində aldığı çox saylı qəlpə zədələnməsindən şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Sabir Heydərov şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunması” medalı ilə təltif olunub.

https://www.youtube.com/watch?v=i31MQe9g4KA&t=1s

Soyad: Beydiyev

Ad: Nazim

Ata adı: Eynulla

Doğum tarixi: 24.01.1991

Şəhid olub: 02.10.2020

Rütbə: MAHHXHQ əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı

Vətən müharibəsində canından keçərək şəhid olan igid oğullarımızdan biri də MAXE Nazim Eynulla oğlu Beydiyevdir.

Nazim orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. O, xidmətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olub, Ordu sıralarına qayıdır. Hərb sənəti çətin peşə olduğundan ilk əvvəl anası övladının qərarı ilə razılaşmasa da, zamanla qəbul etməli olub. Beləcə, Nazim təlim kursunu uğurla başa vuraraq yenidən Orduya qayıdıb. Çalışdığı bir neçə il ərzində özünü səliqəli, nizam-intizamlı hərbi qulluqçu kimi tanıdıb, bir sıra təltiflərə layiq görülüb.

Sentyabrın 27-si müharibə başlayanda Nazim də ön cəbhədə, səngərlərdə olub. Murovdağ, Ağdərə və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayıb yaxşı olduğunu deyirmiş. Oktyabrın 3-ü əmisinə zəng edib, Nazimin ağır yaralı olduğunu deyiblər. Çox çəkmir ki, son döyüş yeri olan Suqovuşanda şəhid olması xəbəri gəlir.

Nazim Beydiyev Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Onu da qeyd edək ki, Nazimin atası da birinci Qarabağ müharibəsinin iştrakçısı olub.

https://www.youtube.com/watch?v=EFnv6setCAA&t=6s

Soyad: Ağakərimov

Ad: Elvin

Ata adı: Eldəniz

Doğum tarixi: 01.04.2002

Şəhid olub: 02.10.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Laçının azad olunmasına görə» medalı

Elvin Eldəniz oğlu Ağakərimov 1 aprel 2002-ci il tarixdə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə Şamaxı şəhəri, İnşaatçı qəsəbəsi, tam orta məktəbində təhsil alıb. Uşaq yaşlarından güləşlə məşğul olub.

Elvin Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə aktiv iştirak edib. Elvin Ağakərimov oktyabrın 2-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, Şamaxı rayonu Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Laçının azad olunmasına görə" medalı ilə də təltif edilib.

Soyad: Əliyev

Ad: Yusif

Ata adı: Asif

Doğum tarixi: 11.02.2001

Şəhid olub: 05.10.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Cəbrayılın azad olunmasına görə» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı

Yusif Əliyev 2001-ci il fevralın 11-də Şamaxı şəhərində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə Şamaxı şəhərində alıb. Yusif 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Əsgər Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 5-də hərbi əməliyyatlar zamanı kəskin qanitirmədən qəhrəmancasına şəhid olub, Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə " və "Xocavəndin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Soyad: Qurbanlı

Ad: Nurlan

Ata adı: Süleyman

Doğum tarixi: 27.09.2001

Şəhid olub: 05.10.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı

Şəhidlər ölməz, tarixdə, yaddaşlarda yaşayarlar. İllər, əsirlər keçsə də daim anılarlar. Biz müstəqilliyimizin, istiqlalımızın, azadlığımızın carçısı olan şəhidləri ən səmimi duyğularla anırıq!

Nurlan Qurbanlı 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olub. 2007-ci ildən Abşeron rayonu Nübar qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi yaxşı qiymətlərlə bitirdikdən sonra Qaradağ rayonunda yerləşən “Dəniz nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi’nə daxil olub.
2019-cu il oktyabrın 3-dən Cəlilabad rayonundakı N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçməyə başlayıb.

Şəhidimizin həyat hekayəsi haqqında daha ətraflı qardaşı Nuran danışır:

“Qardaşım müddətli hərbi xidmətdə olan zaman təlimlərdə yaxşı iştirak etmiş, cəld, güclü olmasına görə digərlərindən fərqlənmişdi. Cəlilabadda xidmətinin bir ilini başa vurduqdan sonra, ad günündə - sentyabrın 27-si Vətən müharibəsinə aparıldı. Xüsusi Təyinatlı Dəstənin əsgəri olduğu üçün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ön sıralarda iştirak etdi. Cəbrayıl istiqamətində şəhid Cəbrayıl Dövlətzadə ilə yaxın dost olublar və ikisi birlikdə döyüşüb.

Qardaşım zarafatçıl, səliqəli idi. Şəkil çəkdirməkdən xoşu gəlməzdi. Qardaş kimi mənə çox köməkliyi olub. O, mənim dərd yoldaşım idi”.

Son görüş, son zəng...

“Son dəfə keçən ilin fevralında görüşmüşdüm. Saçımı tumarladı, qucaqladı. Yemək yedik, söhbət etdik. Sonra şəkil çəkdirib, sağollaşdıq.

Ad günü ərəfəsi – sentyabrın ortalarında danışığımız olub. Zarafatlaşdıq, mənə hərbi həyatından danışdı. Dedi ki, 3 il orada qalıb müddətdən artıq xidmət edəcək, daha sonra kəşfiyyat dəstəsinə hazırlaşacaq.

Oktyabrın 3-ü son danışığımızda dedi ki,” sən yaxşı oxu, əgər oxumasan, haqqımı halal etmərəm”. Sonra əlavə etdi ki, işdi, birdən şəhid olsa, başımı dik tutum, hər zaman möhkəm olub. Daha sonra hər şeyin yaxşı olduğunu, irəli getdiklərini, narahat olmamağımızı və hər kəsə salam göndərdiyini dedi”.

Şəhidimizə yarına qovuşmaq qismət olmadı...

“Qardaşımın istədiyi qız var idi. 6 il idi ki, münasibətləri davam edirdi. Nurlan düşünürdü ki, müharibə bitdikdən sonra gəlib sevdiyi Leyla xanımla ailə həyatı qursun. Amma, qismət olmadı”.

Şəhidlik zirvəsi...

“Oktyabrın 3-dən sonra zəng etmədi, çox narahat oldum. Oktyabrın 5-də Cəbrayıl uğrunda gedən döyüşlərdə iki snayper gülləsi ilə ağır yaralanıb. Yaralı olmasına baxmayaraq, şəhid olmuş yoldaşlarını döyüş bölgəsindən çıxarırmış. Sonra özü də təxliyə olunaraq, xəstəxanaya yola salınıb. Amma vəziyyəti ağır olduğu və çox qan itirdiyinə görə xəstəxanaya çatmamış şəhidlik zirvəsinə ucalıb”.

Ata oğlunun yoxluğuna dözmədi...

“Atamla Nurlan dost kimi idilər. Nurlanın şəhid xəbəri gələndə atam həm mənəvi, həm də psixoloji sarsıntı keçirdi. Gecə-gündüz ancaq qardaşımdan danışdı. 7 gün sonra ürəyi dözmədi, dünyasını dəyişdi”.

Qeyd edək ki, Nurlanın anası 4 il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib. İndi Nuran tək qalmasına baxmayaraq, güclü olmağa çalışır...

“Əvvəllər Gömrük Akademiyasının Hüquq fakültəsinə hazırlaşırdım, ora qəbul olunmağım qardaşımın arzusu idi. Ailə üzvlərimi ard-arda itirdikdən sonra mənəvi böhran, ağır günlər keçirdim. Özümə güvənirəm, amma bir o qədər də qorxuram. Hazırda Türkiyədə Komputer mühəndisliyinə hazırlaşıram. Öz evimizdə, tək yaşıyıram. Qohumlarım maraqlanmır. Heydər Əliyev Fondundan dəstək olundu. Hazırlıq müəllimlərimin aylığını Fonddan verilən həmin pulla ödəyirəm.

“Zəfər” Şəhid Alilələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova da maraqlanıb.

Əzizlərin itkiləri, tək qalmaq çox çətindir. Amma həyat davam edir. Bəlkə, gələcəkdə mən də tanınmış iş adamlarından olaram”.

Nurlan Qurbanlı döyüşlərdə ən az 15 erməni öldürüb. O, Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan 2020-ci il oktyabrın 6-da Şamaxıda yerləşən Şəhidlər Xiyabanında dəfn edilərək torpağa tapşırılır.

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”“Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Soyad: Rüstəmov

Ad: Rövşən

Ata adı: Orxan

Doğum tarixi: 11.04.1999

Şəhid olub: 06.10.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Laçının azad olunmasına görə» medalı​

Rövşən Rüstəmov 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan Tərlan Əliyarbəyovun nəticəsidir. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Rövşən Rüstəmov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Rövşən Rüstəmov oktyabrın 6-da şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Rüstəmov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Soyad: Əzizov

Ad: Elgün

Ata adı: Elman

Doğum tarixi: 08.01.1990

Şəhid olub: 06.10.2020

Rütbə: baş-leytenant

Təltifləri: «Vətən uğrunda» medalı, «Xocavəndin azad olunmasına görə» medalı,«Füzulinin azad olunmasına görə» medalı​

Əzizov Elgün Elman oğlu 1 avqust, 1990-cı ildə Şamaxı rayonu Qurdtəpə kəndində anadan olub.

Ailədə 5 uşaqdan üçüncüdür Elgün.1996-cı ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 sayılı tam orta məktəbdə 1-ci sinifə başlayıb və 2007-ci ildə orta məktəbi bitirib. 2007-ci ildə Müəllimlər Universitetinin Tarix fakültəsinə,Şamaxı filialına qəbul olub. 2011-ci ildə ali təhsilini başa vurduqdan sonra Hərbi xidmətə yollanıb. 2012-ci ildə hərbi xidmətini bitirib. 2013-cü ildə ailə həyatı qurub və 3 uşaq atası olub. Ailəsinə və ətrafındakı insanlara qarşı çox diqqətcil insan olub. 2016-cı ilin noyabr ayına qədər müxtəlif işlərdə işləyib, 2016-cı ilin noyabır ayında MN təlim tədris mərkəzinə daxil olaraq oranı uğurla başa vurub.

2017-ci il fevralın 14-də  Leytenant vəzifəsində xidmətə başlayıb. 2020-ci il fevralın 23-də Baş Leytenant rütbəsinə layiq görülüb. Bu illər ərzində vəzifəsini şərəflə davam etdirən, əsgərinə və Vətəninə bağlı Elgün Əzizov “İkinci Qarabağ” müharibəsində iştirak edib.

6 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə öz əsgərini xilas etmək istəyərkən 2 güllə yarası almasına baxmayaraq döyüş meydanını tərk etməyib, qanının son damlasına kimi vuruşaraq qəhrəmancasına şəhid olub. 7 oktyabr xalqın böyük izdihamı ilə Müşviqabad qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Əzizov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

https://www.youtube.com/watch?v=8de9RQswSbA

Soyad: Hüseynov

Ad: Eldost

Ata adı: Asəf

Doğum tarixi: 16.12.1996

Şəhid olub: 07.10.2020

Rütbə: leytenant

Təltifləri: «Vətən uğrunda» medalı

Eldost Hüseynov 1996-cı il dekabrın 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olub. 2002-2013-cü illərdə Talışnuru kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb. Subay idi.

Eldost Hüseynov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Eldost Hüseynov oktyabrın 7-də Talış döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldost Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

https://www.youtube.com/watch?v=fXa6NfnZRlE

Soyad: Ələkbərov

Ad: Naiq

Ata adı: Faiq

Doğum tarixi: 07.08.1994

Şəhid olub: 09.10.2020

Rütbə: Gizir

Təltifləri: «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Cəbrayılın azad olunmasına görə» medalı

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan şəhidlərdən biri də Naiq Ələkbərovdur.

Naiq Faiq oğlu Ələkbərov 1994-cü il avqustun 8-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.

2000-2011-ci illərdə F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb.

Naiq Ələkbərov 2014-2015-ci illərdə “gizir” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində feldşer kimi xidmət edib. Daha sonra 2015-ci ildə XTQ kurslarından uğurla keçən Naiq, 2016-ci il aprel döyüşlərində də iştrak edib, göstərdiyi şücaətə görə "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib.

Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Naiq Ələkbərov oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. İki qızı, bir oğlu yadigar qaldı.

Şəhid Naiq Ələkbərovun həyat yoldaşı, Şamaxı rayonunun Bağırlı kənd sakini Əfsanə Ələkbərova deyir: "Yoldaşım tez-tez “Vatsapp” statuslarında Polad Həşimovun “biz dünyadan köçər olduq, qalanlara salam olsun” videosunu paylaşırdı. Yoldaşımdan “sən tez-tez bu videonu niyə paylaşırsan” deyə soruşurdum. “Vaxt gələcək, məni anlayacaqsan” deyirdi. Hiss etmişdim ki, o, şəhid olacaq”.

II Qarabağ savaşında həm yoldaşını, həm də qardaşını itirən Əfsanə Ələkbərova hər iki şəhidilə qürurlanır:“Fəxr edirəm ki, iki şəhidim var. Bu ucalıq hər insana nəsib olmur. Tək qardaşım və həyat yoldaşımın xatirələri ilə yaşayıram. Hər ikisi Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Onların qəlbində qorxu deyilən bir şey yox idi. Ürəkləri yalnız vətən üçün döyünürdü. Qardaşımın övladları yoxdur.Allah nəsib etmədi. Övladlarıma onların müharibədəki qəhrəmanlıqlarından danışıram. Naiq çox mehriban, qayğıkeş və vətənsevər biri idi. Övladlarına da hər zaman vətənin qorunmasından danışırdı." "Aprel döyüşlərinə gedəndə xəbərim yox idi. Sonradan eşitdim ki, yoldaşım oradadır və çox qürurlandım. Ayağından yaralandığını heç kimə deməmişdi”-deyə Əfsanə Ələkbərova qeyd edib.

Övladlarına atasızlıqlarını hiss etdirməməyə çalışdığını deyir: “Yoldaşım hər zaman mənə “başını dik tut” deyirdi. Getdikcə dərk edirəm ki, Naiq ölməyib, hər zaman yaşayır və yanımızdadır. Bilirəm ki, onun övladları da onunla qürur duyacaq. Əlbəttə ki, onsuz yaşamaq çox çətindir. Uşaqlara atasızlıqlarını hiss etdirməməyə çalışıram. Amma “atam harda qaldı” deyə hər gün suallara cavab verməkdə çətinlik çəkirəm. “Atanız yaxşı yerdədir, cənnətdədir və bizi görür”deyə cavab verirəm. Yoldaşımla qardaşımın hər yerdə xatirələri var.”

Naiq Ələkbərov ölümündən əvvəl yoldaşından halallıq istəyib, övladlarını Əfsanəyə əmanət edib: “Noyabrın 6-sı oğlumun doğum günü idi. Ayın 1-i yoldaşım zəng etdi və oğlumla danışanda “qismət olsa, ata gələcək” deyə vəd verdi. Sonra məndən hallallıq istədi. Dedi, hiss edirəm ki, şəhidlik zirvəsinə ucalacağam. Uşaqlara “mən baxdığım kimi bax, onlara təhsil ver və hər zaman atalarından danış” dedi. Allah nəsib etsə, Naiqin dediklərini edəcəyəm. Bilirəm ki, ruhu hər zaman bizlədir. Çox şükürlər olsun ki, yoldaşımın əmanətləri var”.

Şəhidin atası Faiq Ələkbərov Şamaxı rayon Faiq Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində müəllim işləyir. O, da oğlu kimi I Qarabağ savaşında qəhrəmancasına iştirak edib: “O dövr üçün o qədər də nizamlı ordumuz yox idi. Amma vətən uğrunda son damla qanımıza qədər döyüşürdük. Oğlumu milli vətənpərvər ruhda böyütmüşəm. Müharibəyə də göndərəndə öz tövsiyələrimi verdim.Dedim bayrağımızı, xalqımızı hər yerdə uca tut. Şükür arzum ürəyimdə qalmadı və oğlum vətənin şərəfli yolunda başımızı uca etdi”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Naiq Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Naiq Ələkbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Naiq Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

https://www.youtube.com/watch?v=KRQ2Q4_rZj0&t=1s

Soyad: Manafov

Ad: Zahir

Ata adı: Zakir

Doğum tarixi: 12.12.1993

Şəhid olub: 09.10.2020

Rütbə: əsgər

Təltifləri: "Vətən uğrunda" medalı, «Cəsur döyüşçü» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı

Zahir Manafov 1993-cü il dekabrın 12-də Rusiya Federasiaysının Moskva şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Zahir Manafov 2012-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Zahir Manafov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Manafov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Soyad: Amanaliyev

Ad: Tərlan

Ata adı: Rövşən

Doğum tarixi: 15.07.1995

Şəhid olub: 09.10.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı

Tərlan Amanaliyev 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində təhsil alıb.

2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıladığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tərlan Amanaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

https://www.youtube.com/watch?v=3Yt-_71DEpk

Soyad: Üsüfov

Ad: Şəhadət

Ata adı: Qalib

Doğum tarixi: 13.12.2000

Şəhid olub: 10.10.2020

Rütbə: Mahhxhq əsgər

Təltifləri: «Cəsur döyüşçü» medalı, «Cəbrayılın azad olunmasına görə» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı, «Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı

Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində qəhrmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrmanlarımızdan biri də Şahadət Üsüfovdur.

Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib .

Ailəsi ilə sonuncu dəfə oktyabrın 8-də danışan Şahadət 2 gün sonra yenidən zəng edəcəyini deyir. Oğul zəngi gözləyən ailə oktyabrın 10-da şəhidlik xəbərini eşidir.

Oktyabrın 10-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra, “Cəsur döyüşçü”, “Vətən müharibəsi" iştirakçısı, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şücaətə görə” medallar ilə təltif edilib.

Soyad: Orucov

Ad: Mirzəcan

Ata adı: Araz

Doğum tarixi: 14.09.2001

Şəhid olub: 07.10.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Xocavəndin azad olunmasına görə» medalı​

Mirzəcan Araz oğlu Orucov 2001-ci il sentyabrın 14-də Şamaxı rayonunun Sis kəndində anadan olub. Subay idi. Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Mirzəcan Orucov oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzəcan Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirzəcan Orucov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Soyad: Əhmədov

Ad: Sənan

Ata adı: Qalasən

Doğum tarixi: 15.02.1988

Şəhid olub: 11.10.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı

İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun əks-hücum əməliyyatında şəhidlik zirvəsinə ucalanlardan biri də Sənan Qalasən oğlu Əhmədovdur.

Sənan Əhmədov 1988-ci il fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.1994-2005-ci illərdə F.Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində təhsil alıb. 2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kursuna daxil olub. 2008-ci ildə bu kursu müvəffəqiyyətlə başa vuran Sənan Əhmədov “N” saylı hərbi hissədə tank tağımında MAHHXQ (Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu) kimi xidmətə xidmətə başlayıb. 2015-ci ildə müqavilə müddətinin başa çatması ilə əlaqədar Ordu sıralarından ehtiyata buraxılıb.

2019-cu ildə hərbçi həyatı onu yenidən özünə cəlb edir. Cəbhədə baş verən hadisələrə biganə qala bilməyən MAHHXQ Sənan Əhmədov zirehli tank texnikası sürücü-mexaniki kimi xidməti fəaliyyətini davam etdirməyə başlayır.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qoşulur, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edir.

Sənan Əhmədov Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Alxanlı, Mahmudlu, Xocavənd, Qaraxanbəyli istiqamətində gedən döyüşlərdə düşmənin onlarla hərbi texnikasının (BT-1, T-72, OQE-1) məhv edilməsində və saz vəziyyətdə ələ keçirilib qənimət kimi gətirilməsində cəsurluq nümayiş etdirir.

Sənan barəsində Hərbi hissənin zirehli tank xidməti rəisi kapitan Məmməd Həsənovun deyir: “Tankçı MAHHXQ Sənan Əhmədov torpaqlarımızın azad olması əməliyyatında düşmənin 24 ədəd tank və digər zirehli texnikasının, 12 ədəd hərbi avtomobilinin sıradan çıxarılmasında, xeyli sayda texnikanın saz vəziyyətdə ələ keçirilməsində misilsiz hünər sahiblərindən biri idi. O, idarə etdiyi tankın təmirinin bitməsini gözləməz, döyüş üçün yararlı başqa bir tanka atılar, irəli şığıyar, düşmənin başına od ələyərdi. Mən bunun dəfələrlə şahidi olmuşam”.

Sənanın son döyüşü Füzulinin Qaraxanbəyli kəndi istiqamətində olub. Tankçılarımızın həmləsindən sonra döyüş səngiməmiş düşmənin atıb qaçdığı tankı yedəkləyib, mövqelərimizə tərəf çəkib gətirərkən, düşmənin minamyot atəşinə tuş gəlib. 11 oktyabr, 2020 -ci ildə şəhid olub. O, Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra dövlət başçısı tərəfindən “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin İbrahim, Həmid və Nuray adlı üç övladı yadigar qalıb.

Soyad: Hacıyev

Ad: Nazim

Ata adı: Feyruz

Doğum tarixi: 16.12.1995

Şəhid olub: 14.10.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «İgidliyə görə» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı​

Nazim Feyruz oğlu Hacıyev 1995-ci il dekabrın 16-da Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2002-2013-cü illərdə H.Həmidov adına Şərədil kənd tam orta məktəbində təhsil alıb. Nazim Hacıyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Vətənpərvər, mərd bir insan kimi xatırlanır Nazim. Təzəcə itirmişdi atasını. Feyruz kişi bu dünyadan köçdüyü üçün artıq ailənin başçısı Nazim olmuşdu. Atasının qəlbində qoyduğu yara qabıq bağlamamış Vətən dərdi başlayır. Dar gündə idi torpaqlarımız, köməyinə çatmaq və düşməni qovmaq lazım idi. Vətən müharibəsinin ilk günlərindən Nazim ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə yollanır.

Qəhrəmanımızın şərəfli döyüş yolu da elə buradan başlayır. Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iki dəfə yaralansa da, bu yara onun döyüş əzmini qıra bilməyib. Heç nə olmamış kimi yenidən döyüşə davam edib. Müharibəyə getdiyi gündən ara-sıra ailəsi, əmisi ilə əlaqə saxlayırmış. Yaxşı olduğunu, düşməni məhv etdiklərini deyirmiş. Oktyabrın 14-ü isə Nazimin şəhadətə ucaldığı xəbəri gəlib... Şəhidimiz Şamaxı rayonunun Şərədil kəndində dəfn edilib.

Nazim Hacıyev 3 bacının bir qardaşı idi. Evlənməmişdi, subay idi. Buna baxmayaraq, anasının, bacılarının onunla bağlı arzularını arxada qoyaraq Vətən torpaqlarının azad edlməsi uğrunda döyüşdü və şəhidlik məqamına yüksəldi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nazim Hacıyev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

https://www.youtube.com/watch?v=JbTfba6UDmI

Soyad: Azayev

Ad: Asif

Ata adı: Məhəmmədağa

Doğum tarixi: 01.02.1985

Şəhid olub: 20.10.2020

Rütbə: Mayor

Təltifləri: «Rəşadət» ordeni, «Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı​

44 günlük haqq savaşında xüsusi döyüş taktikası ilə seçilən və Vətəninin bütövlüyü uğrunda canından keçən zabitlərimizdən biri də Asif Azayevdir.

Asif Məhəmmədağa oğlu Azayev 1985-ci ilin 1 fevralında Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1992-ci ildə orta məktəbə gedib. 9-cu sinifdə oxuyarkən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. Asif 2007-ci ildə hərbi liseyi bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.

Akademiyanı leytenant rütbəsi ilə bitirən Azayev ön cəbhədə hərbi fəaliyyətə başlayıb. Əvvəlcə Tovuzun Ağdam kəndində, daha sonra Murovdağ istiqamətində N saylı hərbi hissələrdə xidmətini davam etdirib. Asif Aprel döyüşlərinin fəal iştirakçısı olub. 2018-ci ildən rəhbərliyin göstərişi ilə Müdafiə Nazirliyinin Pirəküşküldə yerləşən N saylı hərbi hissəsində taborun qərargah rəisi vəzifəsinə təyin olunub.

Xidməti müddətində fəxri fərmanlar və müxtəlif medallarla təltif edilib. Vətən Müharibəsi başladığı ilk gündən etibarən ön cəbhəyə yollanıb. Bir neçə gün sonra tabor komandiri vəzifəsinə seçilib. Onun Füzuli rayonunun və kəndlərinin, Cəbrayıl rayonunun və kəndlərinin azad olunmasında müstəsna xidmətləri olub. Asif Azayev düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Füzuli rayonu işğaldan azad olunduğu vaxt o, düşməndən qənimət kimi əldə olunan hərbi texnikaları özlərinə qarşı istifadə edib. Azərbaycan Ordusunun zabiti tabeçiliyində olduğu komandir və generallar tərəfindən dəfələrlə döyüş meydanında şəxsi heyətə nümunə göstərilib. Döyüş yoldaşları arasında xüsusi rəğbəti olan şəhid mayor Azayev elə onlar tərəfindən “3-cü taborun ATASI” adlandırılıb.

Azərbaycan Ordusunun mayoru Asif Azayev 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı tabor komandiri olaraq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayor Azayev Füzulinin Ələsgərli kəndində döyüşlər zamanı şəxsi heyətlə birlikdə mühasirəyə düşüb. 20 oktyabrda 12 nəfərdən ibarət zabit, əsgər heyətinin həyatını xilas etsə də özü düşmənin snayper atəşinə tuş gələrək, şəhidlik məqamına yüksəlib. Mərd şəhidimiz Şamaxı rayonunda torpağa tapşırılıb.

Qəhrəman Vətən oğlu Asif Azayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Şəhidin qohumu Elgün Abdullayev deyir ki, Asif ağır döyüşlər vaxtı tabeçiliyində olan heyəti düşdüyü bütün vəziyyətlərdən itkisiz çıxararaq düşmənə sarsıdıcı zərbələr endirib:

“Silah yoldaşları deyir ki, döyüşlərdən birində onlar 70 kilometr məsafəni yara-yara irəliləyib, gecə ilə erməni taboruna giriblər. Əslində arxalarından gələn dəstək qüvvəsi zəncir formasında azad olunan yerləri təmizləyə-təmizləyə gəlməli, ondan sonra ordunun təminatları gətirilməli imiş. Asifgilin dəstəsi düşmən tərəfin qaçdığını görüb o qədər irəli gedibmiş ki, 3 gün ac-susuz qalıblar. Dəstə tapdığı erməni yeməklərindən yeməyə başlayıb. Asifə də döyüş yoldaşları təklif ediblər ki, “rəis, yeyirsən?”, o da cavabında “bizimkindən var?” deyə qarşılıq verib. Uşaqlar deyəndə ki, “yox, hamısı ermənilərindir”, yenə deyib ki, “mən o şərəfsizlərin yeməyini yemək istəmirəm”. Bir də onu danışırlar ki, Asifgil həmin bu tabora girməmişdən əvvəl yorğun və ac olduqları üçün deyiblər ki, “rəis, gedə bilmirik”. Asif də həm uşaqları geridə qoyub qalmaq istəmədiyi, həm də döyüş tapşırığının yerinə yetirilməsi üçün əllərini önündə cütləyib, qarşılarına keçib deyib ki, “neçə vaxtdır mənimləsiniz, bir yerdəyik. Mən sizin hansısa birinizi ölümə göndərmişəm? Tabeçiliyimdə olduğunuz vaxt şəhid olan və ya yaralananız olub?”, hamsı deyib ki, “yox”. Yenidən uşaqlarla danışmağa başlayıb ki, “mənim atam rəhmətə gedib, anam da rəhmətə gedib. Üç balam var, iki qardaşım var. Nəslimizin ağsaqqalı mənəm. Mənə bir şey olsa, ailəm başlı-başına qalacaq. Mən də qorxuram, elə bilirsiniz mən qorxmuram? İndiyə kimi sizi tək qoymadım. Yəqin siz də məni tək qoymazsınız. Mən qabağa getməliyəm. Döyüş tapşırığı var. Getmək istəyən varsa, mənlə gəlsin, gedək”. Həmin an bütün tabor ayağa qalxıb və döyüş tapşırığını yerinə yetirməyə gediblər. Haldan düşübmüşlər, susuzluqdan dodaqları partlayıb, ac imişlər”.

Elgün mayor Azayevin necə şəhid olmasından da danışıb:

“Asif Füzulinin Ələsgərli kəndinə hücuma keçərkən şəhid olub. Asifin döyüş yoldaşı deyir ki, o, sonuncu döyüş tapışırığını yerinə yetirməyə gedərkən qaça-qaça döngədən keçməli imiş. Həmin anda “bircə tez çatsaydıq, bir siqaret çəkib özümüzə gələrdik” deyib, amma çata bilməyib. 12 nəfərdən ibarət zabit və əsgər heyətinin həyatını xilas edib. Həmin vaxt Asifi snayper nişan alıb”.

Xatırladaq ki, şəhid Asif Məhəmmədağa oğlu Azayev ailəli idi, 3 oğlu bizlərə əmanət qalıb.

https://www.youtube.com/watch?v=bJ-TwhJ1g38&t=33s

https://www.youtube.com/watch?v=9ee2Mu8iti0&t=176s

Soyad: Zərbalıyev

Ad: Ziyad

Ata adı: Nəriman

Doğum tarixi: 19.05.2002

Şəhid olub: 20.10.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı

Ziyad Nəriman oğlu Zərbaliyev 2002-ci il mayın 19-da Şamaxı şəhərində anadan olub. 2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində, 2017-2019-cu illərdə isə Şamaxı Dövlət Regional Kollecində təhsil alıb. Subay idi.

Ziyad Zərbaliyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ziyad Zərbaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Ziyad Zərbaliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Zərbaliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Soyad: Kərimov

Ad: Haqverdi

Ata adı: Sadiq

Doğum tarixi: 01.12.2000

Şəhid olub: 21.10.2020

Rütbə: Mahhxhq əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı​

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Haqverdi Kərimovdur.

Kərimov Haqverdi Sadiq oğlu 1 dekabr 2000-ci ildə Şamaxının Ovçulu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib ali məktəbə sənəd versə də qəbul ola bilməyib. Qəlbindəki hərbi xidmət sevgisi onu təhsil almaqdan uzaqlaşdırır və Haqverdi ali təhsildən imtina edərək 2018-ci ildə hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra yenidən öz istəyi ilə hərbi xidmətə qayıdır və müddətdən artıq hərbi qulluçu kimi fəaliyyətini davam etdirir.

Azərbaycan Ordusunun əsgəri olan Haqverdi Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, Füzuli rayonuna ilk girənlərdən biri olub. Oktyabrın 21-i səhər saatlarında döyüşdə olarkən başından snayperlə vurularaq ağır yaralanıb. Haqverdi sağ olsaydı 20 yaşını qeyd edəcəkdi. Amma dostları ilə yanaşı, bütün kənd camaatı onun qəbrini ziyarət edib məzarına gül dəstələri qoyaraq ruhuna dualar oxuyurlar...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

https://www.youtube.com/watch?v=4qA2pq6s2Js&t=1s

Soyad: Məcidov

Ad: Müşfiq

Ata adı: Bayram

Doğum tarixi: 08.03.1997

Şəhid olub: 08.10.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı​

Müşfiq Mecidov 1997-ci il martın 8-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-2014-cü illərdə T.Kərimov adına 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb.

Subay idi. Müşfiq Mecidov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə baş kəşfiyyatçı kimi iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Mecidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müşfiq Mecidov oktyabrın 8-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Müşfiq Mecidov ölümündən sonra "Vətən uğrunda""Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Soyad: Şıxaliyev

Ad: Fariz

Ata adı: Şahverdi

Doğum tarixi: 10.12.1987

Şəhid olub: 26.10.2020

Rütbə: Gizir

Təltifləri: «Cəsur döyüşçü» medalı, «Cəbrayılın azad olunmasına görə» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı, «Kəlbəcərin azad olunmasına görə» medalı, «Şücaətə görə» medalı, «Qüsursuz xidmətə görə» medalı (II dərəcə), «Qüsursuz xidmətə görə» medalı (III dərəcə), «Vətən müharibəsi iştirakçısı» medalı, «Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi» yubiley medalı, «Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi» yubiley medalı​

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Fariz Şıxaliyevdir.

Fariz Şahverdi oğlu Şıxaliyev 1987-ci il dekabrın 10-da Sovet Sosialist Respublikaları İttifaqının Xabarovski vilayətində anadan olub. 1994-2004-cü illərdə Şamaxı rayonu Qaravəlli kənd orta məktəbini bitirib. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin nəzdində hərbi tibb fakültəsinə qəbul olub. 2011-ci ildə həmin fakültənin “feldşer” ixtisasını bitirib, “gizir” hərbi rütbəsini alaraq Beyləqanda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirib. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2016-cı il “Aprel döyüşləri”ndə Talış istiqamətində gedən döyüşlərdə iştirak edib. Nümunəvi xidmətlərinə görə “Yubiley”II-III dərəcəli “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunub.

Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şücaətə görə” medalları ilə təltif edilib.

https://www.youtube.com/watch?v=pphEiH96CSI&t=1s

https://www.youtube.com/watch?v=PcC2iBmJJnI&t=8s

Soyad: Orucov

Ad: Ceyhun

Ata adı: Namaz

Doğum tarixi: 17.12.1996

Şəhid olub: 30.10.2020

Rütbə: Gizir

Təltifləri: «Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı

Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub. 2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib.

2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ceyhun Orucov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Soyad: Cavadov

Ad: Yalçın

Ata adı: Aydın

Doğum tarixi: 19.05.1985

Şəhid olub: 09.10.2020

Rütbə: Çavuş

Təltifləri: «Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı​

Cavadov Yalçın Aydın oğlu 1985-ci il mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-2002-ci illərdə A. Alxanov adına qəsəbə tam orta məktəbində təhsil alıb.

Yalçın Cavadov 2003-2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yalçın Cavadov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yalçın Cavadov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Soyad: Adıgözəlov

Ad: Cavid

Ata adı: Gülhəsən

Doğum tarixi: 11.12.1995

Şəhid olub: 21.10.2020

Rütbə: Mahhxhq əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı​

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi və 30 illik nifrət, qisas əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu qarşısında baş əydiyimiz oğullardan biri də Cavid Adıgözəlovdur.

Cavid Gülhəsən oğlu Adıgözəlov 1995-ci il dekabrın 11-də Şamaxı şəhərində anadan olub. 2002-2013-cü illərdə 3 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi orduda xidmətini davam etdirib.

Cavid Vətən müharibəsi dövründə Ağdam, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.

https://www.youtube.com/watch?v=XZ7i5dJ53-I

Soyad: Nəbiyev

Ad: Orxan

Ata adı: Rza

Doğum tarixi: 22.01.1995

Rütbə: leytenant

Təltifləri: «Vətən uğrunda» medalı, «Döyüşdə fərqlənməyə görə» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı​

Orxan Rza oğlu Nəbiyev 1995-ci il yanvarın 22-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub.

O, 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində təhsil alıb. Orxan 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi.

Orxan Nəbiyev ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Kəşfiyyatçı" olaraq müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə Silahlı Qüvvələrdə üç aylıq təlimlərdə olub. Təlimləri bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı.

Orxan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə Orxan Nəbiyev tabeçiliyində olan dörd əsgəri ilə birgə "Teleqüllə" adlandırılan ərazini işğaldan azad edib, silah yoldaşları tərəfindən "Qorxmaz Leytenant" ləqəbini qazanıb. Orxan Nəbiyev oktyabrın 14-də Talış-Suqovuşan kəndi istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi əməliyyatlarda düşmən tərəfindən açılan atəş, partlayışlarla-qəlpələrlə törənmiş zədələnmə nəticəsində şəhidlik zirvəsinə ucalıb. O, noyabrın 3-də Şamaxı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Bundan əlavə, Orxan Nəbiyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif edilib.

Soyad: Xaməmmədov

Ad: Şirxan

Ata adı: Xaməmməd

Doğum tarixi: 09.02.1998

Şəhid olub: 03.11.2020

Rütbə: MAHHXHQ əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Şuşanın azad olunmasına görə» medalı​

Şirxan Xaməmməd oğlu Xaməmmədov 1998-ci il fevralın 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub.

2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb. O, 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şirxan Xaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib.

Şirxan Xaməmmədov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Məlikçobanlı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şirxan Xaməmmədov ölümündən sonra "Vətən uğrunda""Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Soyad: Salehov

Ad: Orxan

Ata adı: Fikrət

Doğum tarixi: 14.11.1999

Şəhid olub: 14.10.2020

Rütbə: Əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «İgidliyə görə» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı, «Laçının azad olunmasına görə» medalı​

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Orxan Fikrət oğlu Salehovdur. Orxan Salehov 1999-cu il noyabrın 14-də Şamaxı şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. Orxan Salehov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

“Səni babamın məzarına ziyarət etməyə aparacam” – anasına verdiyi sözü canı, qanı bahasına yerinə yetirən Orxan Salehov Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrildi.

Orxan Salehovun ən böyük arzusu anasının doğulub boya-başa çatdığı Ağdamı düşmən tapdağından xilas etmək idi.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidimizin atası Fikrət Salehov qəlbində daşıdığı oğul acısını dilə gətirməkdə çətinlik çəksə də, başı ucadır. Çünki, böyütdüyü övlad könüllü olaraq cəbhədə düşmənə qan udduran igidlərimizdəndir.

Şəhidimzin əmiləri Orxanın vətən, millət sevgisindən fəxarətlə danışıb. Bu acını əvəz edəcək yeganə təsəlli isə şəhidlərimizin qanının yerdə qalmamasıdır.

Şəhidimzin nənəsinin bir tək arzusu var, o da Orxanin təhsil aldığı 10 saylı məktəbin onun adı ilə əbədiləşdirilməsidir.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Salehov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Salehov oktyabrın 14-də Ağdərə istiqamətində şəhid olub. Şamaxı şəhərində Yeddi Günbəz qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması" medalı, "Suqovuşanın azad olunması" medalı, “Vətən uğrunda" medalı ilə təltif edilib.

https://www.youtube.com/watch?v=NzxoVEn3yXo&t=2s

Soyad: Quliyev

Ad: Rəcəb

Ata adı: Elşən

Doğum tarixi: 05.12.1997

Şəhid olub: 09.11.2020

Rütbə: Çavuş

Təltifləri: «Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Cəbrayılın azad olunmasına görə» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Zəngilanın azad olunmasına görə» medalı​

Rəcəb Quliyev 1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Rəcəb Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəcəb Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

https://www.youtube.com/watch?v=pcSLq-gs79U&t=1s

Soyad: Quliyev

Ad: Elgün

Ata adı: Vasif

Doğum tarixi: 17.09.1992

Şəhid olub: 09.11.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Döyüşdə fərqlənməyə görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı, «Şuşanın azad olunmasına görə» medalı​

Şamaxının Göylər kənd sakini 28 yaşlı Elgün Quliyev Vətən müharibəsindən bir müddət əvvəl müəllimlərin işə qəbulu imtahanına qatılmış və yüksək balla Lerik rayonu Sors kəndinə təyinat almışdı. Lakin ona tarix müəllimi işləmək qismət olmadı, Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə yollandı. Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Şamaxıda dünyaya göz açan Elgün Quliyevin elmə, təhsilə böyük marağı olub. Məktəbi əla qiymətlərlə bitirib. Eyni zamanda, dinimizə də çox bağlı olub, Quran təhsili alıb. Arzusu isə tarixçi olmaq, Azərbaycanın şanlı tarixini şagirdlərinə tədris etmək idi. Ancaq sevdiyi ixtisası tədris edə, şagirdlərinə tarixi öyrədə bilməsə də, səngərdə öz qanı ilə tarix yazdı.

Ali məktəbi uğurla bitirdikdən sonra Elgün müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidməti isə düşmənlə üzbəüz təmas xəttində keçib. Onu tanıyanların qəlbində daim haqq yolu tutan, mülayim, xoşrəftar bir gənc kimi iz qoyub. Elgün üç bacının yeganə qardaşı idi. Hələ Aprel döyüşləri zamanı da könüllü olaraq hərbi komissarlığa müraciət etmiş, ordu sıralarına qatılmaq istədiyini bildirmişdi. Lakin adına çağırış gəlmədiyindən cəbhəyə gedə bilməmişdi. Vətən müharibəsi başlayanda da döyüşlərə qatılmaq üçün müraciət etdi. Nəhayət, istəyinə çatdı. Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Şuşada da şəhidlik zirvəsinə ucaldı.

Tarix müəllimi ola bilməsəm də, yəni işləyə bilməsəm də, bəlkə tarix yazdım, deyən Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.

Son zəngində ailəsi ilə şəhid olacağını sanki hiss edirmiş kimi danışıb, halallıq istəyib. Bu zəngdən bir neçə gün sonra isə şəhidlik zirvəsinə ucalıb.

Elgün müəllimin pedaqoji fəaliyyəti başlamadan sona çatdı. Amma əminik ki, üzünü belə görmədiyi şagirdləri, bircə dəfə belə olsun əyləşə bilmədiyi iş masası, sinif otağı, kollektivi bundan sonra onu hələ çox xatırlayacaq...

Asan iş deyil, tarix öyrətmək üçün doğulub, tarix olmaq üçün ölmək. Şəhidlik zirvəsinə yüksələn Elgün məhz bu tarixi yazanlardan biri oldu. Ən müasir Azərbaycan tarixinin hər səhifəsində, hər sətrində izi qalacaq qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda"," Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

https://www.youtube.com/watch?v=uLt6FK-oBqg

Soyad: İsgəndərov

Ad: Şahmurad

Ata adı: Natiq

Doğum tarixi: 17.12.1996

Şəhid olub: 17.11.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı​

Şahmurad Natiq oğlu İsgəndərov 17 dekabr 1996-cı ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə daxil olub. Məktəb illərindən idmana marağı olan Şahmurad məktəbin güləş dərnəyinə yazılıb, rayon və respublika səviyyəli yarışlarda fərqlənib. 9-cu sinfi uğurla başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Humanitar Kollecinin Fiziki Tərbiyə Müəllimliyi ixtisasına daxil olub, 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə məzun olub. Elə həmin ilin iyul ayında Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmətə yollanıb. Hərbi xidmətdə olduğu dövrdə fərqləndiyi üçün Şahmuradın valideynlərinə təşəkkürnamə göndərilib. Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasında bir aylıq kurslarda iştirak edib yenidən Azərbaycana qayıdıb və ixtisasına uyğun olaraq özəl peşə fəaliyyəti ilə məşğul olub.

Azərbaycan Ordusunun əsgəri olan Şahmurad İsgəndərov 29 sentyabr 2020-ci ildən Vətən müharibəsinə qatılıb. Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Şahmurad daha sonra Ağdərə istiqamətində gedən döyüşlər zamanı 16 oktyabrda ağır yaralanıb və 32 gün xəstəxanada müalicə aldıqdan sonra 17 noyabr tarixində şəhid olub. Şamaxı rayonunun Göylər kənd qəbristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.

https://www.youtube.com/watch?v=L9MESPsWs_A&t=1s

Soyad: Cəbrayılov

Ad: Ağacan

Ata adı: Zakir

Doğum tarixi: 20.05.2002

Şəhid olub: 10.11.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı​

Ağacan Cəbrayılov 2002-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Ağacan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.

Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Soyad: Bəkirov

Ad: Yasər

Ata adı: Əfqan

Doğum tarixi: 19.05.2002

Şəhid olub: 01.10.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı​

Yasər Bəkirov 2002-ci il mayın 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə F.Əzməmmədov adına Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Yasər Bəkirov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Yasər Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub.

Yasər Bəkirov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasər Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Soyad: Allahverdiyev

Ad: Zöhrab

Ata adı: Sübhan

Doğum tarixi: 28.09.2001

Şəhid olub: 10.10.2020

Rütbə: əsgər

Təltifləri: «Vətən uğrunda» medalı​

Zöhrab Allahverdiyev 2001-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olub. 2007-2018-ci illərdə M.K.Veysov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Allahverdiyev Vətən Müharibəsində savaşıb və oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

https://www.youtube.com/watch?v=85ict9D8OoU&t=1s

Soyad: Hacıyev

Ad: Elmaz

Ata adı: Elmar

Doğum tarixi: 09.05.1994

Şəhid olub: 04.11.2020

Rütbə: hərbi vəzifəli əsgər

Təltifləri: «Vətən uğrunda» medalı, «Qubadlının azad olunmasına görə» medalı, «Vətən müharibəsi iştirakçısı» medalı

Elmaz Elmar oğlu Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub. 3 qardaş olublar. Şəhidimiz ailəli və iki övlad atası idi. Elmar və Yağmur indi atasız böyüyürlər...

Azərbaycan Ordusunun əsgəri olan Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. O, noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, əbədiyyətə yola salınıb…

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elmaz Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

"Oğlum müharibənin başa çatmasına cəmi 6 gün qalmış, noyabrın 4-də, bir ayının tamamında Laçında Şəhid oldu. Ayın 3-dən 4-nə keçən gecə isə yuxumda oğlumun, Elmazımın Şəhid olduğunu görmüşdüm"…

Bunu Bakının Xəzər rayonunun Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidi Elmaz Elmar oğlu Hacıyevin anası Ziyafət xanım deyir.

Şəhidimiz axırıncı dəfə ailəsi ilə ölümündən bir gün öncə, noyabrın 3-də danışıb. Şəhid anası övladının Şəhidliyindən yalnız bir həftə sonra, müharibənin başa çatdığı, Qələbə əldə edildiyi gün, noyabrın 10-da xəbər tuta bilib. Övladının nəşini də 27 gündən sonra şəhid olduğu yerdən, Laçından özü tapıb gətirib…

“Yuxumda gördüm ki, Elmaz əlində çanta dağdan üzü aşağı eni. Və bir ağacın yanına yaxınlaşır, əyləşir…Dedi ki, "Ana, mən, bax burada Şəhid olacağam"… Elə yuxumda gördüyüm kimi də olub…Oğlum həmin yerdə, yuxumda gördüyüm yerdə şəhid olub…Kaş bu yuxunu görməz olaydım…Oğlum, Elmazım yanımda, bizim aramızda olaydı…Onsuz çox çətindir mənə…”-deyən şəhid anası Ziyafət xanım göz yaşlarına hakim ola bilmir...

https://www.youtube.com/watch?v=3dH16mfjNDw

https://www.youtube.com/watch?v=_v-aAG0H_k0&t=1s

Soyad: Şirəliyev

Ad: Niyət

Ata adı: İmran

Doğum tarixi: 09.02.1990

Şəhid olub: 28.09.2020

Rütbə: Kapitan

Təltifləri: «Rəşadət» ordeni, «Cəsur döyüşçü» medalı, «Kəlbəcərin azad olunmasına görə» medalı, «Vətən müharibəsi iştirakçısı» medalı​

Vətən - Anadır... Analar oğul gətirər dünyaya, min bir naz-nemətlə, əzab-əziyyətlə böyüdər və keşiyində duracaq bir əsgər yetişdirər. Həmin oğullardır ki, gözümüzün kökünü saraldan həsrət qoxulu Vətən torpaqlarımıza geri qaytardılar bizi. Ana bildikləri Vətən uğrunda canlarından keçərək ən uca zirvəyə , şəhadətə ucaldılar. O zirvəni fəth edənlərdən biri də Niyət Şirəliyevdir...

Niyət Şirəliyev 1990-cı ildə Şamaxı rayon, Ovculu kəndində anadan olub. O hələ orta məktəb illərindən qəlbindəki vətənpərvərlik hissləri ilə yaşıdları arasında seçilib. Bunun nəticəsidir ki, orta məktəbdən sonra hərbi təhsil alaraq zabit kimi ordu sıralarına qoşulub və Vətənin keşiyində durmağa başlayıb.

Hərb işinə, hərbi sirrə və xüsusən də özündən yuxarı komandir heyyətinə sadiq olduğu kimi, tabeliyində olan əsgərlərə də hərbini sevdirməyi bacarıb kapitan Şirəliyev. 2020-ci ildə Vətən müharibəsi başlayanda o da digər silahdaşları kimi ön cəbhəyə yollanıb. Səngərlərdə düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaətlər göstərərək qəhrəmancasına şəhid olub.

Yaşasaydı sevdikləri ilə 31-ci yaşını qeyd edəcəkdi. Amma o Vətəni seçdi və bu yolda canını fəda etdi. Müharibə zamanı vaxt tapdıqca ara-sıra ailəsi ilə əlaqə saxlayar, hər şeyin yaxşı olduğunu deyərmiş. Belə zənglərdən biri də sentyabrın 26-sı çalınıb Şirəliyevlər ailəsində. Həyat yoldaşı ilə danışan şəhidimiz şəhadət şərbətinin tamını alırmış kimi uşaqlarını əmanət edib, ailəsi ilə vidalaşıb.

Bu, onun son zəngi olub. Cəsur kapitan rəhbərlik etdiyi şəxsi heyyətlə birgə Kəlbəcər ərazisində yerləşən bir sıra yüksəkliklərin düşmən tapdağından azad edilməsində əvəzsiz xidmətlər göstərib, son damla qanına qədər qəhrəmanlıqla vuruşub. Niyət Şirəliyev sentyabrın 27-si şiddətli döyüşlərin birində şəhadətə yüksəlsə də nəşi 86 gün sonra tapılaraq Şamaxının Şəhidlər xiyabanında dəfn edilib. Niyətdən geriyə isə Vətənə əmanət iki övladı qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyət Şirəliyev ölümündən sonra “Rəşadət” ordeni, “Kəlbəcərin azadlığı uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

https://www.youtube.com/watch?v=f53qk-0c99I&t=6s

*Məlumatlar https://memorial.az/az saytına istinadən verilib.

Keçidlər